Əsas Səhifə > Partiya > VAŞİNQTONDA AZƏRBAYCAN MÜZAKİRƏLƏRİ

VAŞİNQTONDA AZƏRBAYCAN MÜZAKİRƏLƏRİ


22-03-2012, 11:17
VAŞİNQTONDA AZƏRBAYCAN MÜZAKİRƏLƏRİ

RƏSUL QULİYEV SENATORLARLA GÖRÜŞÜB

Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev ABŞ-paytaxtı Vaşington şəhərində görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, senator Marko Rubionun xarici əlaqələr və qanunvericilik üzərə baş müşaviri Viktor Çervino, Oklohoma ştatından olan senator Ceyms İnhofun xarici əlaqələr üzrə məsləhətçisi Coel Star, konqresmen Albio Sayris, Amerikanın xarici siyasət şurasının Avropa və Avrasiya üzrə rəhbəri Veyn Merri ilə müzakirələr aparıb.

Keçirilən görüşlərdə Rəsul Quliyev Azərbaycanın mövcud vəziyyəti barədə analiz verib və ölkədə demokratikləşmə prosesinin başlaması və həyata keçməsi üçün Amerika konqresinin real köməyi nədən ibarət ola bilər haqda müzakirə aparılıb. Bununla əlaqədar bəzi sənədlər barədə də fikir mübadiləsi olunub.


Geri qayıt