Əsas Səhifə > Şou-biznes > SAMRİNA YENƏ DƏ DİQQƏTDƏ

SAMRİNA YENƏ DƏ DİQQƏTDƏ


7-10-2011, 14:12
SAMRİNA YENƏ DƏ DİQQƏTDƏ

GƏNC MÜĞƏNNİ QOHUMUNA BAHALI HƏDİYYƏ ETDİ

DİA.AZ: - Özünün sənətdə yeni olmasına baxmayaraq, artıq kifayət qədər diqqət qazanmış gənc müğənni Samrinanın bu günlərdə «Porşe» avtomobili ilə qəza törətməsi barədə xəbəri diqqətinizə çatdırmışdıq. Onu da bildirmişdik ki, keçirdiyi qəzadan sonra yenicə aldığı «Porşe»dən imtina edən Samrina bu dəfə də bir çoxlarının həsədinə səbəb olan addım atıb. Qısa müddət içində «Ranc Rover» markalı maşının sükanı arxasına keçən Samrinanın paxıllığını çəkənlər də az deyil.

Amma bu da Samrinanın son gedişi olmayıb. «Dünya» İnformasiya Agentliyinə (dia.az) gənc sənətçinin yaxınları tərəfindən verilən məlumatda bildirilir ki, Samrina bu gün doğum gününü qeyd edən xalasına bahalı bir hədiyyə ərməğan edib.

Mənbəyə görə, xalasının doğum günündə ona mobil telefon olan gənc sənətçinin hədiyyəsinin qiyməti təxminən 2000 manatdır.


SAMRİNA YENƏ DƏ DİQQƏTDƏ

Geri qayıt