Əsas Səhifə > Ölkə > CAVİD QURBANOVUN MAXİNASİYASI
CAVİD QURBANOVUN MAXİNASİYASI19-03-2012, 16:40 |
VƏTƏNDAŞIN ŞİKAYƏTİ DÜNYA BANKINA DA ÇATDIRILIB Salyan rayonunun Çuxanlı kəndinin sakini Əlvan Əsədov Ələt-Astara yolunun inşası zamanı mülkiyyət hüquqlarının pozulması ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə şikayət edib. Komitə “Demokratiyaya Yardım” regional QHT ilə birlikdə bu infrastruktur layihənin monitorinqini keçirir. Problemin mahiyyəti ondadır ki, Əsədovdan 0,26 ha torpaq alınır. Buradan yol keçəcək. Kompensasiya kimi başqa yerdə həmin həjmdə torpaq və ya 550 manat təklif olunur. Lakin Əsədov hesab edir ki, ona dəyən ziyanın həcmi daha böyükdür və adekvat kompensasiya tələb edir. “Demokratiyaya Yardım” QHT-nin rəhbəri Emil Məmmədov deyib ki, Salyanda torpaq sahiblərinin çoxu bu cür problemlərlə üzləşib. Belə ki, Xələc kənd sakini Şirzad Bəylər 60 şaftalı ağacı kəsilmək üçün nəzərdə tutulub. Ona cəmi 3700 manat kompensasiya təklif olunur. Halbuki, hər il hər ağacdan 100 manat həcmində gəlir götürür. “Azəryolservis” layihəsinin sifarişçisi kompensasiyaların verilməsi zamanı əldən buraxılmış mənfəət amilini nəzərə almır. Hazırda Salyan rayonunun iki sakini kompensasiyanın məbləğinin az olması ilə əlaqədar məhkəmə çəkişməsindədir. Öz növbəsində, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı qeyd edib ki, yol inşasını kredit ayıran Dünya Bankının nümayəndələri ilə dəfələrlə görüşüb. “Dünya Bankı bizi dəstəkləyib və 2012-ci il fevralın 13-də Nazirlər Kabineti Astara-Ələt yolunun inşası zamanı kompensasiyaların verilməsi qaydaalrının torpaq sahiblərinin xeyrinə dəyişdirilməsi barədə sərəncam verib”, - Qəhrəmanlı bildirib. Kompensasiyalar kənd təsərrüfatı torpaqlarının yox, baha olan həyətyanı torpaq sahələrinin hesabından ödəniləcək. Qəhrəmanlının sözlərinə görə, bununla da 8 ailənin hüquqları bərpa olunajaq. Belə ki, onlar yerli vətəndaş cəmiyyəti fəallarının dəstəyilə öz hüquqlarının təminatına nail olublar. Geri qayıt |