Əsas Səhifə > Cəmiyyət, Manşet > RAMİZ MEHDİYEVİN ADAMINA SON ZƏRBƏ
RAMİZ MEHDİYEVİN ADAMINA SON ZƏRBƏ19-03-2012, 16:33 |
«TİKİNTİ KRALI» İSFƏNDİYAR AXUNDOVUN ƏMLAKI SİYAHIYA ALINIR DİA.AZ: - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin bu günlərdə açıqladığı məlumat ciddi reaksiyaya səbəb oldu. Məsələ burasındadır ki, idarə rəisi Kamran Əliyev «Şərur» MTK-nın rəhbəri İsfəndiyar Axundovla bağlı cinayət işinin istintaqının aparıldığını bildirib. Onun sözlərinə görə, İ. Axundovla bağlı cinayət işi «Kamran» MMC ilə bağlı açılan cinayət işinin tərkibində aparılır: «Heç kim məsuliyyətdən kənarda qalmayacaq. Bu günə qədər kimin barəsində sübutlar toplanıbsa, onun barəsində tədbirlər görüləcək». K.Əliyev «Kamran» MMC tikinti şirkətinin 5 vəzifəli şəxsi haqqında həbs-qətimkan tədbiri seçilib. DİA.AZ bildirir ki, «Şərurlu İsfəndiyar» kimi tanınan iş adamı İsfəndiyar Axundov «Safari-N», «Olimpus», «Mur-Ay», «Orxan» və «Kamran- B.Ə.» MMC adı ilə minlərlə vətəndaşı aldadıb, milyonları mənimsəyib. «Şərur» MTK adıyla tikinti sektorunda ad qoyan İsfəndiyar Axundov tikdirdiyi binalarda mənzilləri bir neçə adama satıb. İşin üstü açılandan sonra cəmiyyətdə söz-söhbət yaranmamaq üçün o «Şərur»u «Şaiq» adıyla əvəzləyib. İllər ötdükcə isə «Şaiq»dən «Orxan», «Birlik-inşaat», «Mur-Ay», «Kamran-B.Ə.», «Safari N», «İN Eksklüziv Servis» MTK və MMC-lər törənməyə başladı. Tikinti şirkəti adı altında fəaliyyət göstərən bu firmalar ayrı-ayrılıqda bir mənzili bir neçə adama sataraq yüzlərlə vətəndaşı aldadıb. Məlumatlara görə, İsfəndiyar Axundovun rəhbərlik etdiyi tikinti şirkətləri vətəndaşlardan fırıldaq yoluyla 20 milyon manatdan artıq pul alıblar. Bir sözlə, illərdir Bakıda fırıldaqçı tikinti şirkətlərinin arxasında bu şəxs dayanıbmış. Məlumat üçün bildirək ki, Yasamal rayonu, III Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, 34 B ünvanında yerləşən «Kamran-B.Ə.» tərəfindən tikilməkdə olan iki bloklu binada olan 96 mənzil 250-dək vətəndaşa satılıb. Zərərçəkənlər İ.Axundovun həbsini tələb edir. Yeni Yasamalda isə «Mur-Ay» MMC-yə məxsus binada isə 317 mənzil 920 vətəndaşa satılıb. Hər iki məsələ ilə bağlı ötən il noybarın 5-də cinayət işi açılıb və hələ də istintaq davam edir. İndi K.Əliyevin açıqlaması onu göstərir ki, Bakıda «tikinti kralı» ayaması ilə tanınan «Şərur» MTK-nın sahibi İsfəndiyar Axundov yaxın günlərdə həbs edilə bilər. İstintaqın araşdırması nəticəsində İ.Axundovun bir çox qanunsuzluqlara imza atdığı üzə çıxıb. Sən demə, «İN Eksklüziv Servis» MMC-nin çoxmərtəbəli yaşayış binası tikmək salahiyyəti yox imiş. Belə ki, sözügedən şirkət Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində «Daşınmaz əmlakın alqı-satqısı və xırda məişət tullantılarının toplanması və emalı» əsas fəaliyyət olaraq qeydiyyatdan keçib. Qanunsuzluq bununla da yekunlaşmayıb. İsfəndiyar Axundov yaranmış problemləri kökündən həll etmək üçün 2008-ci ildə «İN Eksklüziv Servis» MMC ilə bağladığı müqaviləni cıraraq, özünə yenisini tərtib edir. Yeni müqavilədə isə «Safari N»in tikdirdiyi binada «İN Eksklüziv Servis»in 25 faiz paya sahib olduğu yazılır. Baş verənlər haqda məlumatlı olan mənbənin redaksiyamıza verdiyi məldumata görə paytaxtda vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satan şirkətlərin tikinti sektorunun xaç atası sayılan Axundovun çətiri altında olması barədə məlumatlar təsdiqlənir: «Bakıda fəaliyyət göstərən «Birlik-inşaat» və «Kamran B.Ə.» MMC-lər haqda cinayət işinin başlanması İ.Axundovun həbsinə hazırlıq kimi dəyərləndirilə bilər. Çünki bu MMC-lər faktiki olaraq İ.Axundova məxsusdur, MMC-lərin rəsmi rəhbərləri isə cari idarəetməni həyata keçirirlər. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən tikinti şirkətlərinin 70 faizə yaxını məhz İ.Axundovun çətiri altında fəaliyyət göstərir. Bu şirkətlərin təsisçiləri və rəhbərləri formal olaraq başqa adamlar olsa da hamısı bir mərkəzdən - İ.Axundov tərəfindən idarə edilir, həmin şirkətlərin tikinti apardığı torpaq əraziləri İ.Axundova məxsusdur.» Mənbəmizin sözlərinə görə İ.Axundov durumunun kritik olmasından əvvəlcədən xəbərdar imiş və bir müddət öncə onun ölkədən qaçması xəbərinin yayılması da təsadüfi deyil: «İsfəndiyar Axundov, sadəcə, ölkədən çıxmağa cəhd edib. Ancaq onun bu cəhdi alınmayıb, «tikinti kralı»na Bakını tərk etməmək tapşırılıb və o, nəzarətə götürülüb. Hazırda hakimiyyətin qeyri-rəsmi auditorları İ.Axundova məxsus əmlakın həcmini müəyyənləşdirir. İ.Axundova məxsus əmlakın əhəmiyyətli kəsiminin başqa-başqa adamların adına olması auditorların işində müəyyən çətinliklər yaratsa da onlara real informasiyaları toplamaqda israrlıdır. Qeyri-rəsmi audit başa çatandan sonra «tikinti kralı»nın taleyi ilə bağlı son qərar veriləcək. İ.Axundovun hakimiyyətdəki himayədarlarının da artıq ondan imtina etməsi barədə məlumatlar var. Onu da qeyd edək ki, İsfəndiyar Axundov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasına daxildir. Geri qayıt |