Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİLLİ MƏCLİSDƏ CİDDİ MÜZAKİRƏ GÖZLƏNİLİR

MİLLİ MƏCLİSDƏ CİDDİ MÜZAKİRƏ GÖZLƏNİLİR


19-03-2012, 13:36
MİLLİ MƏCLİSDƏ CİDDİ MÜZAKİRƏ GÖZLƏNİLİR

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏSƏLƏSİ GÜNDƏMDƏ

"Siyasi partiyalar haqqında" qanun layihəsinin aprel-may aylarında Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Bunu Milli Məclis Aparatının sədri Səfa Mirzəyev deyib.

Onun sözlərinə görə, qanun layihəsi hazırdır.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur.

Qanun layihəsi Venesiya Komissiyasında müzakirə olunub.


Geri qayıt