Əsas Səhifə > Cəmiyyət > SİYASİ MƏHBUS LAYİHƏSİ
SİYASİ MƏHBUS LAYİHƏSİ7-10-2011, 13:46 |
EYNULLA FƏTULLAYEV NORVEÇ XARİCİ İŞLƏR NAZİRLİYİ İLƏ SAZIŞ BAĞLADI “İnsan Haqları Uğrunda” İctimai Birlik Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin gerşəkləşdirilməsinə başlayır. “Media forum” saytının məlumatına görə, layihə iki mərhələni nəzərdə tutur. Birinci mərhələdə siyasi məhbusları müəyyən edəcək komissiya formalaşdırılacaq. Bu komissiyaya ölkənin tanınmış hüquqşünasları və beynəlxalq hüquq mütəxəssisləri daxil olacaq. Komissiyanın yekun rəyindən sonra beynəlxalq meyarlara cavab verən məhbusların adları açıqlanacaq, siyasi məhbuslar haqqında 5 dildə məlumat bazası yaradılacaq. Layihənin həyata keçirilməsi ilə bağlı sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit Halsvik Lillealtern imzalayıblar. Geri qayıt |