Əsas Səhifə > Şou-biznes > NATƏVAN VƏ ELNUR MEYDAN OXUDULAR

NATƏVAN VƏ ELNUR MEYDAN OXUDULAR


19-03-2012, 13:25
NATƏVAN VƏ ELNUR MEYDAN OXUDULAR

ONLAR BRED PİTT VƏ ANCELİNA COLİNİ XATILADILAR?..

Azərbaycan şou-biznesində iki dost həmkar - Natəvan Həbibi və Elnur Məmmədov bir çox mərasimlərə birgə qatılırlar.

Bu dəfə də dostlar Milli.Az-ın fotokamerasına qeyri-adi pozlar verdilər. Çox fərqli bir məkana birgə daxil olan həmkarlar öz istəkləri ilə şəkil çəkdirdilər. Lazer effektlərindən ibarət tunelə daxil olan kimi ətrafa heyran qalan müğənnilər fərqli pozlar verməyə başladılar.

Əllərinə lazer silahı alan ulduzlar sərtlik nümayiş etdirməyə çalışdılar. Kənardan onları izləyənlər isə dünyaca məşhur “Mister və Missis Smit” filminin baş qəhrəmanları olan Bred Pitt və Ancelina Colini xatıladılar.

Onu da qeyd edək ki, Natəvan Həbibi məkanı necə bəyəndisə, burada klip çəkdirməyi qərara aldı.


Geri qayıt