Əsas Səhifə > Ölkə > FÜRSƏTCİLLƏR SÜNİ BAHALAŞMA YARADIB
FÜRSƏTCİLLƏR SÜNİ BAHALAŞMA YARADIB19-03-2012, 12:47 |
VAĞZALLARDA DA QİYMƏTLƏR ARTIB Saytımıza daxil olan məlumatlara görə, Bakıdan rayonlara işləyən həm qatarlarda, həm də avtobuslarda Novruz bayramı ilə əlaqədar olaraq gedişhaqları artıb. Modern.az məlumatı dəqiqləşdirmək üçün öncə “Azərbaycan Dəmir Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxlayıb. “Tarif Şurasının verdiyi qiymətlər əsasında biz kompüter sistemi ilə bilet satışını həyata keçiririk. Bu zaman isə heç bir artımdan söhbət gedə bilməz. Alverçilərin əldə bilet satması isə mümkünsüzdür, çünki biletlər şəxsiyyət vəsiqəsi ilə alınır”-deyə o, bildidib. Nadir Əzməmmədov onu da qeyd edib ki, bu günlərdə sıxlıq müşahidə olunur, cünki bayrama görə gedənlərin sayı daha çoxdur. “Buna görə də biz əlavə vaqonlar qoşmuşuq, bilet satışı isə 10 gün əvvəldən həyata keçirilir. Hazırda 3 istiqamətdə bilet satışı aparılır: online sistemi, post terminal, yəni plastik kart və nəğd ödəmə. Yenə də qeyd edim ki, səxsiyyət vərəqəsi olmadan bilet verilmir və başqasının biletiylə də qatara minmək olmaz”. Avtobus biletlərinin qiymətlərində artımla əlaqədar Bakı Beynəlxalq Avtovağzalın Məlumat Bürosundan aldığımız məlumata görə, burada da heç bir qiymət artımı müşahidə olunmur. Qeyd edilib ki, biletlər həmşəki qaydada satılır, məsələn Bakı-Qazax avtobusunun qiyməti 7 manat 26 qəpikdir. Bayrama görə isə biletlər artıq əvvəlcədən alınıb. Geri qayıt |