Əsas Səhifə > Ölkə > HÖKM 10 OKTYABRDA OXUNACAQ

HÖKM 10 OKTYABRDA OXUNACAQ


7-10-2011, 13:25
HÖKM 10 OKTYABRDA OXUNACAQ

DAHA 4 MÜXALİF SON SÖZ DEDİ

Bu gün Nəsimi rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə Elnur Məcidlinin vəkili Xalid Bağırov çıxış edib, ittihamlarla razılaşmadığını vurğulayıb, təqsirləndirilənlərlə bəraət hökmü verilməsini istəyib. Daha sonra prosesdə təqsirləndirilənlər son söz deyiblər. Onlar ittihamlarla razılaşmadıqlarını bildiriblər.
Məhkəmə müşavirəyə gedib. Oktyabrın 10-da davam etdiriləcək prosesdə hökm elan ediləcək.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.


Geri qayıt