Əsas Səhifə > Şou-biznes > AYGÜN KAZIMOVADAN YENİ PROJE

AYGÜN KAZIMOVADAN YENİ PROJE


18-03-2012, 11:23
AYGÜN KAZIMOVADAN YENİ PROJE

XANIM SƏNƏTÇİ GÖGHAN EROLLA KONSERT VERƏCƏK

Müğənninin bayram proqramı davam edir.

Yenicə Ukraynadan qayıdan xalq artisti Aygün Kazımova həmkarları ilə bayram konsertində iştirak edib.

Müğənninin bayram proqramı davam edir. O, duet ortağı Göghan Erolla birlikdə konsertə hazırlaşır. Müğənninin Facebook-dakı rəsmi fan səhifəsinin yazdığı məlumata görə, konsert Gəncə və Yevlax şəhərlərində nəzərdə tutulub. Duet ortaqları əvvəlcə martın 21-də Gəncədə, növbəti gün isə Yevlaxda geniş proqramla çıxış edəcəklər. Hər iki sənətçi yerli sakinlərə əsil bayram əhvalı yaşadacaqlar.

Geri qayıt