Əsas Səhifə > Hadisə > ELMAR VƏLİYEV QAÇQIN AİLƏSİNƏ DİVAN TUTDU

ELMAR VƏLİYEV QAÇQIN AİLƏSİNƏ DİVAN TUTDU


18-03-2012, 10:49
ELMAR VƏLİYEV QAÇQIN AİLƏSİNƏ DİVAN TUTDU

İCRA BAŞÇISI KƏLBƏCƏRLİNİN EVİNİ YIXDI

Gəncə şəhəri Nizami rayonu Avtozavod qəsəbəsi adlanan ərazidə məskunlaşan Kəlbəcər köçkünlərinin yaşadıqları evlər şəhər rəhbərliyinin göstərişi ilə uçurulub. İçərisində əşyaları ilə birlikdə uçurulan evlərdən birinin sakini, Kəlbəcər köçkünü Azər Zakiroğlu Modern.az-a bildirib ki, icra başçısının söküntü əməliyyatı nədənsə qanunsuz villalardan yan keçərək, onların daxmalarını əhatə edib:

«Dölvət başçısı dəfələrlə bəyan edib ki, içərisində yaşayış olan mənzili uçurmaq olmaz. Bunu rəhbərliyin diqqətinə çatdırsaq da, əhəmiyyət verən olmadı. Bizə imkan vermədilər ki, evimizin içərisindəki əşayaları çıxaraq. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin rəisi yaşlı anamı şəxsən döyərək, təhqir etdi. Bu qədər də haqsızlıq olmaz. Hətta tələb etdi ki, “çıxın gedin Kəlbcərə, burada nə işiniz var””.

Anasının döyülməsinə etiraz edən Azər Zakiroğlu özü polisə aparıldığını orada Faimil adlı şəxs tərəfindən döyüldüyünü deyib.

Məcburi köçkünün sözlərinə görə, ərazinin boşaldılması həmin yerlərin yenidən satılması ilə bağlıdır: «Gəncə Şəhər İcra Hakimiyyəti ərazini satır. Bunu şəhərdə hər kəs bilir».

A.Zakiroğlu onu da əlavə edib ki, kəlbəcərlilər Bakı-Gəncə yolunu bağlamaqla yerli rəhbərliyə etirazlarını ifadə edəcəklər.

Geri qayıt