Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZƏRBAYCANDA FƏLAKƏT SSENARİSİ GERÇƏKLƏŞDİRİLİR”

“AZƏRBAYCANDA FƏLAKƏT SSENARİSİ GERÇƏKLƏŞDİRİLİR”


16-03-2012, 18:51
“AZƏRBAYCANDA FƏLAKƏT SSENARİSİ GERÇƏKLƏŞDİRİLİR”

“QLOBOLLAŞMA MİLLİ DƏYƏRLƏRƏ XƏYANƏTDİR”

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanın “Evrovision-2012” tədbirinə ev sahibliyi etməsi və məlum faktın ölkəmizin qlobal aləmə inteqrasiyası kimi təqdim olunması bəzi ziyalılar tərəfindən kəskin etirazla qarşılanmaqdadır. Bu qisim ziyalılar hesab edir ki, əslində Azərbaycanın qlobollaşdırılması və Qərbə inteqrasiyası istiqamətində həyata keçirilən siyasət xalqın milli-mənəvi dəyərlərinə xəyanət və təcavüzdən başqa bir şey deyil.

DİA.AZ-a açıqlama verən Azərbaycan Ziyalılar Hərəkatının (AZH) sədri Eldəniz Quliyev də hesab edir ki, baş verən proseslər Azərbaycan xalqına yaxşı heç nə vəd etmir: “Xalqın mövcud olduğu milli-mənəvi dəyərlər həm onun şərəf-ləyaqət simvolu, həm də onun mövcudluğunun qarantıdır. Bu baxımdan mən qlobollaşma və ya Avropaya inteqrasiya kimi ifadələrə ehtiyatla yanaşıram. Doğrudur, ilk baxışda bu sözlər elə də qorxunc deyil. Lakin hadisələrin mahiyyətinə varanda bunun nə qədər təhlükə olduğu aydın sezilir. Biz qlobollaşma istəyindən danışırıq. Ancaq gəlin baxaq, biz nəyin hesabına qlobollaşa bilərik? Biz buna ancaq əsrlər uzunu xalqın topladığı, onun genezisinə hopan dəyərlərdən imtina etməklə bunu gerçəkləşdirə bilərik. Ola bilsin ki, bu gün bu sözlər bir qədər ritorik səslənir. Lakin reallıq budur ki, bu dəyərləri zədələmədən, onları dəyişdirmədən məlum hədəfə çatmaq mümkün deyil. Ona görə də hesab edirəm ki, qlobollaşmaya qarşı çıxmaq hər bir ziyalının borcudur. Biz milli-mənəvi, əxlaqi dəyərlərimizi qorumalıyıq”.

E.Quliyevin qənaətincə, problemin ən təhlükəli tərəfi hadisələrin bəzi qüvvələr tərəfindən idarə olunması ilə bağlıdır: “Vaxtilə alman faşizminin banisi Adolf Hitlər bildirirdi ki, əgər bir milləti məhv etmək, sıradan çıxartmaq istəyirsənsə, onun dilinə, dininə, mənəviyyatına qəsd et. Bu həmin millətin məhvi üçün kifayətdir. İnsan iki ayaq üzərində dayandığı kimi millət də öz dili, dini və mənəviyyatı üzərində qərar tutur. Bu gün hər kəsin bildiyi kimi mənəvi dəyərlər sisteminin aşınması prosesi baş verir. Ən pisi isə odur ki, bu aşınma prosesi idarə olunur. Bu, artıq faciəyə aparır”.

E.Quliyevin fikrincə, Azərbaycan torpaqlarının hələ də işğalda qaldığı bir zamanda belə bir tədbirin keçirilməsi rüsvayçılıqdan başqa bir şey deyil: “Bu gün bir çoxu iddia edir ki, “Evrovision”un Azərbaycanda keçirilməsi guya bizim qələbəmizdir. Lakin mən hesab edirəm ki, bu qələbədən çox bizim məğlubiyyətimizdir. Bu məğlubiyyət isə faciəyə aparan yolun qapısıdır. Bizim mental şüurumuzda hər zaman əxlaqsızlığa qarşı bir immunitet, dayanıq sistemi olub. Bu gün isə məhz həmin immunteti dağıtmaq hesabına Azərbaycanda “Evrovizion”un keçirilməsinə çalışırlar. Bu tədbirin Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə nə dərəcədə ciddi ziddiyyət təşkil etdiyini anlamaq üçün bir tək bu fakta nəzər salmaq kifayətdir ki, müsabiqə özü homoseksualistlərin paradı ilə açılır. Görün nə vəziyyətə çatıb ki, ölkə mavilərin təntənəli paradının meydanına çevrilib. Halbuki, bizim torpaqlarımız işğal altında, qadınlarımız isə erməni əsirliyindədir. Bizim Xocalı boyda yaramız var. Tədbir may ayına təsadüf edir ki, mayda Azərbaycan iki ən gözəl rayonunu – Şuşanı və Laçını itirib. Halbuki, Şuşa Azərbaycanın ürəyi idi və indi o ürək daha yoxdur. Ona görə də hesab edirəm ki, heç olmasa mavilərin paradının qarşısı alınmalı, rəsmi şəkildə buna münasibət bildirilməli və xalq əmin edilməlidir ki, belə bir rüsvayçılıq olmayacaq”.

AZH sədri hesab edir ki, əgər rəsmi səviyyədə ciddi tədbirlər görülməzsə, o zaman ölkə “Evrovision” ərəfəsində ciddi gərginlik və qarşıdurmaya şahid olacaq: “Hesab edirəm ki, əgər bu prosesin qarşısı alınmazsa, o zaman ziyalılar, vətəndaş cəmiyyətləri, adi vətəndaşlar tərfindən çox güclü dirənişin şahidi olacayıq. Mən istəmirəm ki, bu müsahibənin keçirilməsi qan və qarşıdurma ilə maşhidə edilsin. Əgər hakimiyyət belə bir qarşıdurmanın baş verməsini istəmirsə, o zaman bundan imtina etməlidir”.


Geri qayıt