Əsas Səhifə > Cəmiyyət, Manşet > RAUF HƏBİBOVUN YANAN EVİ SATILIR

RAUF HƏBİBOVUN YANAN EVİ SATILIR


16-03-2012, 16:05
RAUF HƏBİBOVUN YANAN EVİ SATILIR

KEÇMİŞ İCRA BAŞÇISI ƏMLAKI İLƏ BAĞLI GÖSTƏRİŞ VERİB

DİA.AZ: - 1 Mart olayları zamanı evi yandırılan Qubanın sabiq icra başçısı Rauf Həbibovla bağlı müəmmalar günü bu gün də qalmaqdadır. Hər halda, əksəriyyət belə hesab edir ki, Qubada baş verənlər qabaqcadan cızılmış bir ssenarinin tərkib hissəsi olub və ən azından ona görə ki, əgər həqiqətən də bu işdə dövlət maraqlı olsaydı, o zaman prezident üçün hansısa icra başçısının görəvdən alınmasının sadə bir iş olduğu təqdirdə belə bir həngamənin qaldırılması yersiz hesab olunur.

Onu da bildirək ki, rəsmi dairələr də qeyri-rəsmi olsa belə, Qubada baş verən olaylarda kənar müdaxilələrin olduğunu araşdırırlar. Məsələn, bu işdə gah İranın maraqlı olduğu söylənildi, gah da yəhudi lobbisinin. Lakin hər biri bir versiya olduğundan və ortada sübutların olmaması səbəbindən müəmmalara yalnız rəsmi dairələrin aydınlıq gətirməsi yeganə mümkün variant kimi qəbul edilməkdədir.

Çanaq isə Rauf Həbibovun başında çatladı… Bu arada DİA.AZ redaksiyasına daxil olan məlumatlarda deyilir ki, sabiq icra başçısı olaylar zamanı yandırılan evini və torpaq sahəsini satışa çıxarmaq barədə Qubadakı yaxın adamlarına göstəriş verib.

Hələlik yandırılmış evə kimin müştəri çıxacağı bəlli olmasa da, bilinəni yalnız odur ki, köhnə başçı nəinki həmin evdə yaşamaq fikrində deyil, onun ümumiyyətlə, Qubaya bir daha dönmək niyyəti yoxdur.


Geri qayıt