Əsas Səhifə > Ölkə, Manşet > “HƏBSXANA” ADLI ŞİRKƏTİN İŞLƏKLƏRİ
“HƏBSXANA” ADLI ŞİRKƏTİN İŞLƏKLƏRİ16-03-2012, 15:23 |
“BELAYA LEBED”İN SAHİBİ YASAMAL SAKİNLƏRİNİ “DUSTAQ” SAYIR DİA.AZ: - Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, 15 saylı binanın sakinləri binanı tikmiş mənzil-tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı RATİ-də mətbuat konfransı keçirib. Şirkət rəhbərliyi şirkətin adını Krasnoyarskdakı ömürlüklər həbsxanasının adı ilə “Belaya Lebed” (Qu quşu) adlandırıb. 17 mərtəbəli bina 750 mənzildən ibarədir. Sakinlərin cəmi 60%- məskunlaşıb. Su, işıq təminatı olsa da binada qaz yoxdur. Sakinlərin əsas problemi binanın keyfiyyətsiz tikilməsi, sakinlərdən əlavə qanunsuz haqların yığılmasıdır. Bu mənada sakinlər daha çox şirkətin həmtəsisçisi və baş mühasibi Nurəddin Kərimovdan şikayətçidirlər. Belə ki, sakinlər mənzilləri aldıqdan sonra yenidən təmir etməli olublar. Qaz, işıq, su sayğaclarının quraşdırılması üçün mənzillərin hər birindən 500 manat tələb edilib. Kommunal xidmət üçün mənzilin hər kvadrat metrinə 25 qəpik haqq qoyulub. Orderin verilməsi üçün mənzil sahiblərindən 500 manat pul tələb olunub. Bina sakini Zemfira Rəhimova bu tələbləri qanunsuz adlandırıb. Hətta sakinlərdən əlavə pul qoparmaq üçün liftdən istifadəyə də metrodakı kimi limit qoyulub. “Lift kartı”nı isə artıq hər mənzil sahibi yox, ailənin hər bir üzvü almalıdır. Kartlar sakinlərə 30-60 manat arasında satılır. Sakinlərin Şura yaradaraq binanın problemlərini həll etmək hüququnu da N.Kərimov və onun adamları mənimsəyib. Sakinlər N.Kərimov və ətrafının qanunsuz əməllərindən hüquq-mühafizə orqanlarına şikayət etsə də, nəticə olmur. Çünki N.Kərimov instansiyalara saxta Şura adından bütün şərtlərə sakinlərin özlərinin razı olmaları kimi cavablar göndərir. Hüquq müdafiəçisi Ələkbər Məmmədov bu qanunsuz əməllərə cavab olaraq sakinlərin etiraz aksiyalarına, ölkə və Avropa məhkəməsinə müraciət etməyə hazırlaşdıqlarını nəzərə çatdırıb. Geri qayıt |