Əsas Səhifə > Cəmiyyət > ARİF ƏSGƏROVUN İŞÇİLƏRİ DAD DEYİR
ARİF ƏSGƏROVUN İŞÇİLƏRİ DAD DEYİR16-03-2012, 14:40 |
“PAKET SİSTEMİ İLƏ İŞÇİLƏRƏ ƏLAVƏ ƏMƏKHAQQI VERİRLƏR” «Gündeminfo.az»a Dövlət Dəmir Yolları İdarəsindən bir qrup işçinin müraciəti daxil olub. Bildirilir ki, dəmir yol idarəsində işləyən işçilərə 8 saatlıq iş müqabilində rəsmi qaydada 4 saatlıq əmək haqqı yazılır. Guya 2009-cu ildə DDYİ-nin işçiləri kollektiv şəkildə idarə rəisi Arif Əsgərova müraciət edərək onların iş saatının azaldılmasını xahiş ediblər. A.Əsgərov da bunu əsas tutaraq işçilərin müraciətinə «müsbət» cavab verib və iş saatı 8-dən 4-ə endirilib. İşçilər deyirlər ki, əslində A.Əsgərovun əmri ilə 4 saatlıq iş qrafiki istirahət və bayram günlərində də tətbiq edilir. Başqa bir işçi isə yazıb ki, onlara verilən əmək haqqı minimum əmək haqqından cüzi miqdarda çoxdur. Məhz onlara verilən əmək haqlarının aşağı olması səbəbindən şöbə rəisləri paket sistemi ilə işçilərə əlavə əmək haqqı verirlər. Bu isə o qədər də çox olmur: fəhlələr üçün 100 manat, mexanniklər üçünsə 150-200 manat. Bu faktla bağlı idarənin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |