Əsas Səhifə > Ölkə > YENİ BAŞÇI KÖHNƏ BAŞÇIDAN DANIŞDI
YENİ BAŞÇI KÖHNƏ BAŞÇIDAN DANIŞDI16-03-2012, 14:21 |
“NARAZILIQLAR KÖHNƏ RƏHBƏRLİYƏ QARŞI İDİ” “Mən bu etimada görə, cənab Prezidentə təşəkkür edirəm. Çalışacağam ki, dövlət başçısımızın mənə olan etimadını doğruldam”. Bu sözləri Modern.az saytına açıqlamasında martın 15-də Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Mübariz Ağayev söyləyib. Qubada yaranmış vəziyyəti dəyərləndirən yeni icra başçısı daha bu rayonda etirazların olmayacağına əminliyini ifadə edib: «Narazılıqlar köhnə rəhbərliyə qarşı idi. Artıq o yoxdur və daha heç bir narazılıq gözlənilmir». Qubalılara münasibətinə gəlincə, M.Ağayev deyib ki, fəaliyyətində insanların etimadını qazanmağı düşünür: «Mən cənab Prezidentin etimadını doğrultmaqla yanaşı, çalışacağam ki, insanların da etimadını qazanım». Mübariz Ağayev martın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevir şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. Geri qayıt |