Əsas Səhifə > Ölkə > ONLİNE QUMARXANA AŞKARLANDI

ONLİNE QUMARXANA AŞKARLANDI


16-03-2012, 13:10
ONLİNE QUMARXANA AŞKARLANDI

BAKI ƏMƏLLİ-BAŞLI LAS-VEQASA ÇEVRİLİB

Azərbaycan paytaxtında qumarxana aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki internet klublarından birində, Bakı şəhər sakini Müzəffər Cəfərovun "On-line" sistemləri ilə qumarxana təşkil etməsi müəyyən edilib.

Orada 9 ədəd kompüter, 34 ədəd kazino oyun maşınlarının idarəetmə qurğuları, qiymət cədvəlləri, 100 dollar və 12 manat uduş pulu aşkar olunub.


Geri qayıt