Əsas Səhifə > Ölkə > KƏMALƏDDİN HEYDƏROVUN QOHUMUNA SƏRT İTTİHAM

KƏMALƏDDİN HEYDƏROVUN QOHUMUNA SƏRT İTTİHAM


15-03-2012, 19:35
KƏMALƏDDİN HEYDƏROVUN QOHUMUNA SƏRT İTTİHAM

VASİF TURANIN KÖRPƏ ÖVLADLARI KİMİN QURBANI OLUB?

DİA.AZ: - Abşeron rayonu, Qobu qəsəbəsinin sakini Vasif Turanın hüquqlarının müdafiəsi üzrə İсtimai Komitə yaradılıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirilən mətbuat konfransında bildirilib.

Vəkili Rasim Əlizadə bildirib ki, bu zərurət Vasif Turan barəsində сinayət işi açılaсağı ilə hədələndikdən sonra yaranıb. Onu yalnız 2011-сi il oktyabrın 7-də evinin yanmasının və iki azyaşlı uşağının həlak olmasının obyektiv və ədalətli araşdırılmasını tələb etdiyi üçün hədələyirlər.

Vasif Turanın sözlərinə görə, yanğın axşam 11 saatlarında baş verib, o özü və həyat yoldaşı evdə olmayıb. 11 və 9 yaşlı oğulları, ev birmərtəbəli olsa da evi tərk edə, qapını aça və ya pəncərədən tullana bilməyiblər. Bundan başqa, yanğın zamanı evdə partlayış olub, baxmayaraq ki, evdə qaz yox idi. Həlak olmuş uşaqların atasının və onun vəkilinin evin yandırılmasına və içəridə kiminsə atdığı partlayıcı maddələr olmasına dair ciddi şübhələri var.

Faktla bağlı polis tərəfindən deyil, FHN-nin Baş İstintaq İdarəsində cinayət işi açılıb. FHN bunu yanğın faktı ilə izah ediblər.

Ekspertiza göstərib ki, yanğının səbəbi qısa qapanma olub, Vasif Turan və onun vəkili isə bununla qətiyyən razılaşmırlar və yandırma faktı olduğunu hesab edirlər. Belə ki, yerli kərpic zavodunun direktoru dəfələrlə Vasif Turanın yanına gəlib, onun qohumunu döyüb və qayınanasının evini talan ediblər.

Kərpic zavodunun direktoru FHN rəhbəri Kəmaləddin Heydərovun qohumu olması ilə lovğalanırdı.

Zərərçəkmişin ölkə prezidentinə, DİN rəhbəri və MM spikerinə, Baş Prokurora müraciətləri, Vasif Turanın Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılaraq, məsələnin aydınlaşdırılacağına vəd verilməsini nəzərə almasaq, nəticə verməyib.

“Artıq itərəcək heç nəyim yoxdur, övladlarımı itirdim, həyat yoldaşım onların ölümündən sonra ciddi xəstəlik tapdı, evim yandı. Heç bir hədələrə baxmayaraq, bu işin sonuna qədər gedəcəyəm. Məsələyə obyektiv baxılmasa və istintaq övladlarımın qatilini tapmasa, xaricdə sığınacaq istəyəcəyəm”, deyə Vasif Turan bildirib.

Geri qayıt