Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > MÖVSÜM SƏMƏDOVLA BAĞLI QADAĞA

MÖVSÜM SƏMƏDOVLA BAĞLI QADAĞA


15-03-2012, 16:37
MÖVSÜM SƏMƏDOVLA BAĞLI QADAĞA

İSLAM PARTİYASI SƏDRİNİN ADI ƏFV SİYAHISINDAN ÇIXARILIB

DİA.AZ: - Məlum olduğu kimi, keçən həftə hüquq-müdafiəçiləri prezident administrasiyasında gözlənilən əfv fərmanı ilə bağlı müzakirələrə dəvət olundular və bundan sonra hazırlanan əfv siyahısının prezidentə təqdim edilməsi ilə bağlı məlumatlar yayıldı. Bu barədə DİA.AZ-a informasiya verən hökumət içindəki qaynaqlar iddia edir ki, hüquq-müdafiəçilərinin siyahısında bir sıra siyasi məhbuslarla yanaşı, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun da adının yer almasına baxmayaraq, sonda onun adının üzərindən xətt çəkilib.

Mənbəmiz bildirir ki, hüquq-müdafiəçiləri Mövsüm Səmədovun adını PA-nın istəyi ilə siyahıdan çıxarıblar. Yəni AİM sədrinin adı PA-ya hüquq-müdafiəçiləri tərəfindən təqdim edilən yekun siyahıda yer almayıb: «Təbii ki, bunun səbəbləri aydındır. Bir yandan İranın azərbaycan dövlətinə və Azərbaycanın dövlət rəhbərlərinə qarşı apardığı qara piar kampaniyası, digər yandan da Mövsüm Səmədovun bir iranmeyilli siyasətçi kimi etdiyi təhqiramiz çıxışlar hakimiyyəti belə bir addımı atmağa vadar edib».

Bu isə o deməkdir ki, Mövsüm Səmədov Novruz Bayramı ilə əlaqədar gözlənilən əfv fərmanı ilə də azadlığa çıxmayacaq.

Onu da xatırladaq ki, təqdim olunan siyahıda keçmiş nazirlər - Əli İnsanovla Fərhad Əiyevin də adları var. Amma onlarla bağlı PA-dan heç bir təpgi gəlmədiyindən prezidentə təqdim olunan siyahıda hər iki sabiq nazirin adı yer alıb.


Geri qayıt