Əsas Səhifə > Güney Press, Reklam > “BAKCELL”DƏN “AVROVİZİYA”YA TÖHFƏ

“BAKCELL”DƏN “AVROVİZİYA”YA TÖHFƏ


15-03-2012, 16:18
“BAKCELL”DƏN “AVROVİZİYA”YA TÖHFƏ

ŞİRKƏT "BAKI KRİSTAL ZAL"I RABİTƏ İLƏ TƏMİN EDƏCƏK

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet-provayderi "Bakcell şirkəti"nin şəbəkə infrastrukturu Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi zamanı müştərilər və qonaqlara yüksəkkeyfiyyətli mobil xidmətlərin göstərilməsi üçün tam hazırdır. Bu barədə Bakcell-dən məlumat verilib.

"Şəbəkəmizin tutumu bizə yüksək həcmlərdə zəng və SMS axınlarını dəstəkləmək və "Eurovision 2012" mahnı müsabiqəsi zamanı ən sürətli və fasiləsiz mobil internet xidmətləri göstərmək imkanı verir. Bakcell-in müasir şəbəkəsi vasitəsilə müştərilərimiz və rouminq xidmətindən istifadə edən Bakının qonaqları ən yüksəkkeyfiyyətli xidmətlərdən yararlanacaqlar", - Bakcell-in şirkətinin baş texniki direktoru Yiğit Berktaş bildirib.

Yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərmək məqsədilə "Bakcell" şirkəti hazırda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi yerdə binadaxili mobil rabitə sistemini quraşdırmaqdadır. "Bakı Kristal Zalı" sarayında quraşdırılan bu sistemdən digər iki mobil operator da istifadə edə biləcək.

Plana uyğun olaraq, hər üç operatorun 2G və 3G kanalları qoşulan zaman sistem 31 500 abunəçiyə mobil rabitə xidməti göstərməyə imkan verəcək. Bu isə "Bakı Kristal Zalı" sarayında quraşdırılan oturacaq yerlərindən ikiqat çoxdur və bütün müştərilər və qonaqlar ən üstün əhatə və keyfiyyətdən yararlana biləcəklər.

Planlaşdırılmış mobil rabitə sistemi ehtiyata malik olacaq və canlı olaraq nəzarətdə saxlanacaq.

Bu layihə Türkiyənin ən iri stadionlarından biri olan 55 000 nəfərlik "Türk Telekom Arena"da binadaxili baza stansiya layihəsini uğurla başa çatdıran "Beteko-Komtel" şirkəti tərəfindən həyata keçiriləcək.

Layihə üçün "Bakcell" şirkəti xüsusi istehsal edilmiş stadion antenalarından istifadə edəcək. Sertifikatlaşdırılmış antenalar Avstraliyada istehsal olunur və ilk dəfə bu cür antenalar Çində keçirilən Olimpiya Oyunları zamanı "Qəfəs" adlı stadionda istifadə edilib.

Tədbir zamanı sistemin fasiləsiz işini təmin etmək məqsədilə "Bakcell" şirkətinin mütəxəssisləri daima növbə əsasında işləyəcəklər.


Geri qayıt