Əsas Səhifə > Cəmiyyət, Manşet > SƏFƏR ƏBİYEV ƏLİNDƏKİ MƏTBUATI İTİRİR
SƏFƏR ƏBİYEV ƏLİNDƏKİ MƏTBUATI İTİRİR15-03-2012, 15:56 |
MN ŞEFİ İLƏ BAĞLI REDAKSİYAMIZA İLGİNC FAKTLAR DAXİL OLUB DİA.AZ: - Uzun muddət özünü və gördüyü işləri sığortalamaq üçün müxtəlif tərifləyici məlumatları nəzarətindəki mətbuat vasitəsi ilə diqqətdə saxlayan Səfər Əbiyev artıq bu gücünü itirməkdədir. Yaxın bildiyi adamları vasitəsi ilə özünə mətbuat dayağı yaratmaq istəyən Səfər Əbiyev buna nail ola bilmişdi. Amma, son aylar qurulmuş bu sistemin dağılması halları müşahidə olunur. DİA.AZ-a daxil olan məlumata görə, artıq gündəlik cap olunan 2 qəzet və baş redaktorunun kifayyət qədər savadlı və ağıllı olduğu deyilən bir xəbər portalı Səfər Əbiyevdən uzaqlaşmaq niyyətindədirlər. Çünki, artıq bir neçə aydır ki, bu mətbu orqanların maliyyəsi tamam dayanıb. Hətta mətbu orqanların rəhbərləri Müdafiə Nazirinin onlarla oyun oynamasını açıq-aşkar hiss ediblər. Məlumatı verən mənbə iddia edir ki, bu qəzetlər və xəbər portalı ölkədə kifayyət qədər oxunan qəzet və portallardır. Hətta onların yazdıqları yazılar lazımi anlarda nazirə böyk dəstək olub. Bu qəzetlər və portalların yuxarı dairələrdə diqqətlə izlənməsi aşkar bəllidir. Amma artıq maliyyə böhranı bu mətbu orqanları Səfər Əbiyevin nəzarətindən çıxarır. Daha doğrusu, nazirin yaxın adamları tərəfindən sözügedən mətbu orqanları rəhbərlərinə verilən vədlərə əməl edilməyib. Odur ki, bu mətbu orqanlar mövqelərində ciddi dəyişiklik etmək məcburiyyətində qalıblar. Hətta xəbər portalının fəaliyyətinin tamam dayanması gözlənilir. Mənbə iddia edir ki, bu qəzetlər və xəbər portalının adını yazmağa ehtiyac yoxdur. Yaxın gunlərdə mətbuatı izləyən şəxslər bunun açıq-aşkar şahidi olacaqlar. Geri qayıt |