Əsas Səhifə > Dünya > İRAN-ƏFQANISTAN-PAKİSTAN SAMMİTİ

İRAN-ƏFQANISTAN-PAKİSTAN SAMMİTİ


7-10-2011, 12:20
İRAN-ƏFQANISTAN-PAKİSTAN SAMMİTİ

ƏHMƏDİNEJAD SAMMİTDƏ İŞTİRAK ÜÇÜN PAKİSTANA GEDİR

DİA.AZ: - İran Prezidenti Mahmud Əhmədinejad yaxın gələcəkdə Pakistana səfər edəcək. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi dünən gecə Həmədan şəhərində jurnalistlərə deyib. Bu barədə İranın İRNA dövlət xəbər agentliyi məlumat verir.

Salehi deyib ki, hazırda prezidentin səfərinin vaxtı və proqramı dəqiqləşdirilir.

Nazir əlavə edib ki, Prezident Əhmədinejad səfər çərçivəsində Pakistanda keçiriləcək İran-Əfqanıstan-Pakistan prezidentlərinin üçtərəfli sammitində iştirak edəcək.

Salehi oktyabrın 10-da özünün Kuveytə səfər edəcəyini də deyib.

Geri qayıt