Əsas Səhifə > Ölkə > MƏHBUS OMON-ÇU 2-Cİ DƏFƏ İNFARKT KEÇİRDİ

MƏHBUS OMON-ÇU 2-Cİ DƏFƏ İNFARKT KEÇİRDİ


15-03-2012, 12:16
MƏHBUS OMON-ÇU 2-Cİ DƏFƏ İNFARKT KEÇİRDİ

SƏFA POLADOV HƏBSXANADA MÜALICƏ OLUNA BİLMƏZ

Ömürlük məhbus, hal hazırda Qobustan Qapalı Tipli Həbsxanasında cəza çəkən keçmiş OMON-çu Səfa Poladov növbəti dəfə infrakt keçirib. Bu barədə DİA.AZ-a ömürlük məhbusun yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, dünən günorta saatlarında Səfanın halı qəflətən pisləşib və ürəyində ağrılar əmələ gəlib. Vəziyyəti pisləşən keçmiş OMON-çunu həbsxananın xəstəxanasına çatdırıblar. Həkimlərin ilkin rəyinə görə, Poladovun ürəyində problem yaranıb və o, infarkt keçirib.

DİA.AZ-a danışan sözügedən məhbusun yaxınları deyiblər ki, bu, Səfanın sayca ikinci infraktıdır. İlk ürək problemi isə onda bir müddət əvvəl yaşanıb. Qohumlarının sözlərinə görə, hal hazırda məhbusun vəziyyəti stabildir. Amma onun ciddi şəkildə müalicəyə ehtiyacı var. Həbsxana şəraitində isə Səfa Poladovun müalicə almasının mümkünsüz olduğunu bildirirlər.

Xatırladaq ki, keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov 1996-cı ildə həbs olunublar. Ömürlük həbs cəzası almış hər iki şəxs artıq 16 ildir məhbus həyatı yaşayırlar. Dəfələrlə dövlət başçısına əfv ərizəsi yazmalarına baxmayaraq, hələ də azadlığa buraxılmayıblar.

Bundan başqa, Səfa Poladov və Arif Kazımov siyasi məhbusların siyahısındadırlar. Hətta ABŞ Dövlət Departamenti onların azadlığa buraxılması ilə bağlı rəsmi Bakıya müraciət ünvanlayıb.

Qohumları ümid edir ki, Novruz Bayramı ilə əlaqədar veriləcək əfv fərmanında Səfanın da adı olacaq.


Geri qayıt