Əsas Səhifə > Dünya > "SURİYA XALQINA İNANMAQ LAZIMDIR"

"SURİYA XALQINA İNANMAQ LAZIMDIR"


15-03-2012, 11:44
"SURİYA XALQINA İNANMAQ LAZIMDIR"

TÜRKİYƏ ƏSƏDİN GEDİŞİ MÖVZUSUNDA İSRARLIDIR

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, "TGRT Haber" televiziyasında iştirak etdiyi proqramda gündəmdə olan mövzular barədə danışıb.

Xəbərə görə, Davudoğlu Suriyadakı hadisələrdə artıq 9 min nəfərin öldüyünü, itkin düşən şəxslərlə birlikdə isə bu rəqəmin 20 minə yüksəldiyini qeyd edərək, Bəşər Əsədin hökuməti təhvil verməyə vadar edilməsinin zəruriliyini bildirib.

Əsəddən sonrakı rəhbərliyə Suriya xalqının qərar verəcəyini bildirən nazir, Bəşər Əsədin öz xalqına güvənmədiyini vurğulayıb. O deyib: “Türkiyə Rusiyaya da, İrana da, digər ölkələrə də "Suriya xalqına inanmaq lazımdır" deyib. Bu ölkələr Suriyadakı seçkilərin Bəşər Əsədin nəzarətində həyata keçirilməsini istəyirlər. Keçən il bu baş tuta bilərdi. İndi artıq ola bilməz. Referendum keçirildi, amma təsiri olmadı. Xalqa inam bərpa olunmalıdır”.


Geri qayıt