Əsas Səhifə > Partiya > İQTİDARLA MÜXALİFƏT MASA ARXASINA OTURUR

İQTİDARLA MÜXALİFƏT MASA ARXASINA OTURUR


14-03-2012, 13:16
İQTİDARLA MÜXALİFƏT MASA ARXASINA OTURUR

ATƏT DİALOQ TƏŞƏBBÜSÜNDƏN VAZ KEÇMƏYİB

Siyasi partiyalar arasında dialoq təşkil etmək üçün ATƏT-in Bakı Ofisi siyasi partiya liderləri ilə məsləhətləşmələr aparıb və belə bir tədbirin keçirilməsi üçün bütün tərəflərdən müsbət cavab alıb. Bu barədə çərşənbə günü Trend-ə ATƏT-in Bakı Ofisindəki mənbə məlumat verib.

Məlumata görə, ehtimal olunur ki, növbəti toplantının əsas mövzusu "Siyasi partiyalar haqqında" yeni qanun olacaq. Hazırda tədbirin tarixi və keçiriləcəyi yerlə bağlı məsləhətləşmələr davam edir.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanunun müzakirəsi gözlənilir. Bu qanunla bağlı Azərbaycan dövləti Venesiya Komissiyası ilə bir neçə dəfə məsləhətləşmələr aparıb.


Geri qayıt