Əsas Səhifə > Cəmiyyət > ƏFV SİYAHISI PREZİDENTƏ TƏQDİM EDİLDİ

ƏFV SİYAHISI PREZİDENTƏ TƏQDİM EDİLDİ


14-03-2012, 11:49
ƏFV SİYAHISI PREZİDENTƏ TƏQDİM EDİLDİ

SİYAHIYA YENİ ADLAR DA SALINA BİLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb.

Bu barədə APA-ya komissiyadan məlumat verilib. Məlumatda bildirilir ki, artıq Komissiya müvafiq siyahı hazırlayaraq Azərbaycan Prezidentinə təqdim edib. “Bizim hazırladığımız siyahıya şəxsən cənab prezidentin təşəbbüsü ilə yeni şəxs və ya şəxslərin də adları salına bilər”, – deyə komissiyadan bildirilib.

Qeyd edək ki, Novruz bayramı münasibətilə əfv fərmanının imzalanacağı gözlənilir.


Geri qayıt