Əsas Səhifə > Cəmiyyət > ŞANTAJ BAŞ TUTMADI,VİDEONU YAYDILAR
ŞANTAJ BAŞ TUTMADI,VİDEONU YAYDILAR14-03-2012, 11:46 |
“YENİ MÜSAVAT” OLAYDA ADININ HALLANMASINA QƏZƏBLİDİR Bu gün ölkənin informasiya məkanında analoqu olan növbəti biabırçılıq baş verib. Şantaj olunan araşdırmaçı jurnalist Xədicə İsmayılın şəxsi həyatına aid videogörüntülər yayılıb. Bu, jurnalistin şantajın qarşısından geri çəkilməməsinə, şantajçılara boyun əyməməsinə cavabdır. Şəxsi həyata müdaxilənin ən bariz, cinayətkarcasına nümunəsi olan bu videogörüntüt yayılmasını təşkil edənlər məsələyə "Musavat" brendini də qatıblar. Onlar bu brendi adında daşıyan internet resursu yaradıblar, kadrları da buradan yayıblar. "Yeni Müsavat" qəzetinin rəhbərliyi bəyan edir ki, həmin resursun musavat.com-a heç bir dəxli yoxdur və biz bu insanların şəxsi həyatına aid görüntüləri yaymaqla onların şantaj edilməsini qətiyyətlə pisləyir, qınayırıq. Geri qayıt |