Əsas Səhifə > Sosial, Manşet > MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA KORRUPSİYA

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA KORRUPSİYA


14-03-2012, 11:21
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA KORRUPSİYA

MƏZAHİR PƏNAHOV DSK ÜZVLƏRİNİN PULLARINI HANSI BANKDA SAXLAYIR?

DİA.AZ: - 3 aya yaxındır ki, Mərkəzi Seçki Komissiyasının tərkibində olan 125 seçki dairəsindən heç birində işçilər əmək haqqı almırlar. Bir neçə dairə istisna olmaqla DSK üzvlərinin əmək haqları səbəb göstərilmədən verilmir. Bu barədə DİA.AZ-a MSK üzvlərindən biri məlumat verib.

MSK üzvü deyib ki, əmək haqlarının verilməməsi məsələsinə mühasibatlıqdan heç bir cavab almaq mümkün deyil. Mühasibatlıq guya Maliyyə Nazirliyi ilə hansısa sənədlə bağlı anlaşmanın olmadığın, ortada hansısa anlaşılmazlığın olduğunu deyirlər. Lakin Maliyyə Nazirliyi MSK üzvlərinin əmək haqlarının verilməməsi ilə bağlı onlar tərəfdən heç bir problemin olmadığını bildirirlər.

Maraqlıdır ki, ölkədə 3 ay əmək haqqı gecikən hansısa qurum yoxdur. Məhz MSK tarixində belə bir hal indiyə qədər rast gəlinməmiş bir olaydır. Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq aparılan araşdırmalar nəticəsində məlum olub ki, əslində Dairə Seçki Komissiyasının üzvlərinin əmək haqqı ala bilməmələrinə səbəb onlara ayrılmalı olan pulların Kapitalbankın hesabından çıxarılaraq başqa bir kommersiya bankına yerləşdirilməsi səbəb olub. Prossedurun necə baş verməsi barədə bizi bilgiləndirən mənbə iddia edir ki, əmək haqlarının verilməsiylə bağlı olaraq DSK üzvlərinin plastik kartlarının vaxtının keçdiyi söylənilsə də, əslində bu məsələ ilə bağlı olaraq ortada heç bir texniki problem olmayıb.

Plastik kartların vaxtının keçməsi səbəbindən MSK rəsmi müraciətlə banka məktub yollayıb və əmək haqlarının tabel cədvəlinə uyğun olaraq verilməsini xahiş edib. Bununla da əmək haqları tabel cədvəlin uyğun olaraq bankdan çıxarılıb, amma DSK üzvlərinə paylanılmayıb.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda deyilir ki, əslində məsələ ilə bağlı olaraq aparılan araşdırmalar pulların birbaşa olaraq Məzahir Pənahov tərəfindən kommersiya banklarından birinə yerləşdirilib. Bununla da sıravi komissiya üzvləri əmək haqlarını ala bilməyiblər. Daha çox kənd rayonlarının dairələrində özünü göstərən bu problemin demək olar ki, həll edilməsi istiqamətində hər hansı addımlar da atılmayıb. Maraqlıdır ki, Azərbaycanda 3 aydır əmək haqqı almayan dairə üzvləri əlaqədar təşkilatların hamısına, hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciətlər eləsələr də heç bir faydası olmayıb. Görünür böyük məbləğdə pulların idaredilməsi, onu banklarda saxlamaqla ən azından faizlər qazanılması Məzahir Pənahovun təkbaşına gördüyü iş deyil.

Çox maraqlıdır ki, adətən belə hallar baş verəndə iri çinli məmurlar pulların məhz «Avroviziya» yarışması üçün toplandığını əsas gətirirlər. Görünən odur ki, bu məsələ ilə bağlı olaraq bir sıra islahatların həyata keçirilməsi baş verə bilər. Və belə hallara adətən müvafiq strukturlar susmaqla, faydalanırlar. Hər halda ümid edirik ki, bayrama qədər DSK üzvlərinin əmək haqları verilər.


Geri qayıt