Əsas Səhifə > Dünya > "SÜLHƏ SÜLHLƏ, ATƏŞƏ ATƏŞLƏ CAVAB VERƏCƏYİK"

"SÜLHƏ SÜLHLƏ, ATƏŞƏ ATƏŞLƏ CAVAB VERƏCƏYİK"


14-03-2012, 11:15
"SÜLHƏ SÜLHLƏ, ATƏŞƏ ATƏŞLƏ CAVAB VERƏCƏYİK"

NETANYAHU FƏLƏSTİNƏ XƏBƏRDARLIQ EDİB

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin hökumətinə xəbərdarlıq edib. Qüdsdə çıxışı zamanı Netanyahu bildirib ki, Fələstin tərəfindən İsrailə qarşı hər hansı təhlükə hiss edilərsə, İsrail hərbisi hava zərbələrini davam etdirəcək. Onun sözlərinə görə, təhlükə yaradan silahlı qruplaşmalar yerindəcə məhv ediləcək.

"Bizim mövqeyimiz və ismarıcımız aydındır. Sülhə sülhlə, atəşə atəşlə cavab verəcəyik" - deyə Netanyahu fikirini ifadə edib.

Qeyd edək ki, son 4 gündə İsrailin Fələstinə hava zərbələri endirməsi nəticəsində 24 nəfər öldürülmüşdü.


Geri qayıt