Əsas Səhifə > Dünya > SURİYADA 60 NƏFƏR QƏTLƏ YETİRİLİB

SURİYADA 60 NƏFƏR QƏTLƏ YETİRİLİB


14-03-2012, 11:12
SURİYADA 60 NƏFƏR QƏTLƏ YETİRİLİB

TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ İLƏ ÜSYANÇILAR TOQQUŞUB

Suriyada zorakılıq davam edir. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında yaranmış qarşıdurmalarda 60 nəfər öldürülüb. Fəalların sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əlinə keçən xeyli insanın aqibəti isə bəlli deyil.

Qeyd edək ki, son üç gündə döyüşlərin, əsasən İdlib şəhərində getdiyi bildirilir. Məlumata görə, təhlükəsizlik qüvvələri şəhəri qismən ələ keçirə bilib. Buradan yayımlanan həvəskar çəkilişdə Azad Suriya Ordusunun mühasirə vəziyyətində Əsəd qüvvələri ilə atışmaları nümayiş etdirilib. Digər bir kadr isə Şəbihə qrupunun üzvü olduğu iddia edilən əsgərin asılması görüntüləri yayımlanıb. Məlumata görə, asılan şəxs nümayişlər zamanı etirazçılara qumbara atan təhlükəsizlik qüvvələrindən birin olub. Digər bir məlumatda isə qeyd edilir ki, Azad Suriya Ordusunun bu həftə silah təchizatının tükənməsi ehtimalı var.

BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin mart ayından etibarən davam edən iğtişaşlarda 7500-dən çox insan öldürülüb. Fəalların sözlərinə görə, bu rəqəm artıq 8000-i ötüb. İğtişaşlar zamanı, həmçinin, 230 mindən çox insanın evlərindən qaçqın düşdüyü bildirilir. Onlardan 12 500-ü Türkiyədə özünə sığanacaq tapıb. Onu da əlavə edək ki, Suriya rejimi üsyançıların qonşu ölkələrə qaçmasının qarşısını almaq üçün sərhədlərdə minalar düzür.


Geri qayıt