Əsas Səhifə > Ölkə > İSRAİL-AZƏRBAYCAN İLİŞGİSİNİN İLGİNC TƏRƏFİ
İSRAİL-AZƏRBAYCAN İLİŞGİSİNİN İLGİNC TƏRƏFİ14-03-2012, 10:55 |
TEL-ƏVİV SİLAH SATMASINI ABŞ LA RAZILAŞDIRIB ABŞ-da İsrail və Azərbaycan arasında silah təchizatı haqqında bu yaxınlarda imzalanmış sazişin İran problemi ilə heç bir əlaqəsi olmadığından əmindirlər. “Silah alqısı sahəsində mütəxəssislər yaxşı bilirlər ki, belə hökumətlərarası sazişlərin hazırlanması aylarla, hətta illərlə davam edir”, deyə Pentaqona yaxın hərbi analitiklərdən biri Turanın Vaşinqton müxbiri ilə söhbətində bildirib. “Buna görə Azərbaycan və İsrail arasında belə bir sazişin tarixi İran ətrafında gərginliyin yaranmasından çox-çox əvvəl başlayıb”, deyə adının açıqlanmasını istəməyən mənbə qeyd edib. Mənbə əmindir ki, 1,6 mlrd. dollar dəyərində Azərbaycan-İsrail hərbi sazişi Vaşinqtonla razılaşdırılıb, çünki Bakı illərlə eyni xahişlə ABŞ-a da müraciət edib. “Çox güman ki, bu sazişin məqsədi cənubdan daha çox şimaldan gələn hədələrə qarşı durmaqdır”, deyə ekspert əlavə edib. Silah satışı ilə yanaşı, İsraildən Azərbaycana təlimatçılar da gəlməli, yerli hərbiçilər üçün çoxaylıq treninqlər keçirməlidirlər. Öz növbəsində, STRATFOR analitik mərkəzinin nümayəndələri də Azərbaycana silah ixracının ABŞ-la razılaşdırılmış olmasına şübhə etmirlər. Orada da düşünürlər ki, sazişin məqsədi Rusiya tərəfindən hədələrə cavab olaraq region ölkələrinin müdafiə potensialının möhkəmləndirilməsidir. Vaşinqton Moskvanı qıcıqlandırmamaq üçün illərdir Gürcüstana silah göndərmir. Lakin İsrail bunu edə bilər. Azərbaycanla ilk sazişi həyata keçirən İsrail regionla əməkdaşlıq presedenti yaradıb, STRATFOR-da belə hesab edirlər. Niyə məhz indi? Amerika Ordusunun Hərbi Kollecindən Stiven Blank belə cavab verir: “Qərb Rusiyanın Suriya məsələsi ilə bağlı mövqeyindən çox narazıdır və bu yolla öz narazılığını ifadə edir. Digər tərəfdən, Suriya artıq rus silahları ilə İsrail üçün təhlükə yaratmır”. Lakin Blank hesab edir ki, silahlarla bağlı son sazişlər Qafqazı, o cümlədən Rusiya və İranı yeni gərginlik burulğanına sürükləyə bilər. Geri qayıt |