Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANDA YENİ İNQİLAB SSENARİSİ

AZƏRBAYCANDA YENİ İNQİLAB SSENARİSİ


6-10-2011, 17:21
AZƏRBAYCANDA YENİ İNQİLAB SSENARİSİ

NABUCCO RƏSMİ BAKI ÜÇÜN PROBLEM YARADIR

DİA.AZ: - Hələ bu ilin mart ayından Yaxın Şərqdə baş verən olaylardan ruhlanan Azərbaycanın siyasi müxalifəti davamlı kütləvi etiraz aksiyaları keçirsələr də, Azərbaycanda da «ərəb baharı»nın ab-havasının yaranacağı proqnozlaşdırılsa da, bütün bu proses iflasa uğradı. İqtidarın sərt reaksiyası və müxalifətin sistemsiz davranışları qarşısında cidd müqavimət sərgiləməsi Azərbaycandakı inqilab planlarını alt-üst etdi.

Doğrudur, buna qədər də bəzi ekspertlər hakimiyyətin hansı şəkildə bir tövr sərgiləcəyini anons etməkdə idilər. Yəni qabaqcadan məlum idi ki, ərəb ölkələrində cərəyan edən olayların Cənubi Qafqazın yeganə müsəlman ölkəsi olan Azərbaycana transferi heç də asnlıqla başa gəlməyəcək. Amma buna rəğmən ümumi mənada bir ruh yüksəkliyi var idi və hətta yerli cəmiyyətin özündə də belə bir inam var idi ki, həqiqətən də alaçiy də olsa, əhalisi müsəlman olan Azərbaycanda da ərəb inqilablarının dalğası öz işini görə bilər.

Əsasən müxalifətin 2 aprel tarixli aksiyasının ardından özünün həlleidici zərbəsini vuran və əslində ənənəvi metodları hesabına müxalif cinahın pərakəndə oyanışını cilovlayan YAP iqtidarı sonradan bu aksiya iştirakçılarından bəzilərinə və aksiyanın bir qrup təşkilatçısına açdığı cinayət işi ilə də ərəb inqilablarının qismən də olsa, aradan qaldırmağa müvəffəq olduğu XOFU yenidən bərpa etməyə müəssər oldu.

Digər yandan isə aksiyalarda iştirak edən tələbələrə qarşı repressiya maşınının işə salınması cəmiyyətdəki ənənəvi xofu daha da möhkəmləndirdi ki, bütün bunlar da əslində hakimiyyətin işinə yaradı. Yəni hakimiyyət yenə də istəyinə çatdı.

Amma tələsmək lazım deyil. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) diplomatik mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Azərbaycanda inqilabın həyata keçirilməsi üçün həqiqətən də plan mövcud olub və bu plandan günü bu gün də imtina edilməyib.

Bu barədə mötəbər mənbənin idida etdikləri: «Qərb Azərbaycanda hakimiyyət dəyişikliyində israrlıdır. Artıq tam olaraq zaman yetişib. Bu gün rəsmi Bakının Avropaya və ABŞ-a aid bütün istiqamətlərlə münasibətlərində ciddi sərinlik atmosferi hökm sürməkdədir. Bunun qarşılığında isə Azərbaycan hakimiyyətinin Moskva ilə olmayan həddə yaxınlaşması Qərbin müvafiq ünvanlarını düşünməyə vadar edib».

Mənbənin bildirdiyinə görə, necə ki, Bakı-Tiflis-Ceyhan layihəsi öncəsi Azərbaycanda bir hakimiyyət dəyişikliyi yaşanıldı və daha çox Azərbaycanın milli maraqlarını güdməsi o zamankı Əbülfəz Elçibəy iqtidarının devrilməsi ilə nəticələndi, indi də Rusiyanın diqtəsi ilə Qərb üçün olduqca əhəmiyyətli olan NABUCCO kimi iri bir regional əhəmiyyətli projenin mövcud Azərbaycan iqtidarı tərəfindən yubadılması rəsmi Bakı üçün əməlli-başlı bşağrısına çevriləcək:

«Doğrudur, bu gün Rusiya tam olaraq YAP iqtidarının arxasındadır. Amma hara qədər? Bunu zaman göstərəcək. Necə ki, Rusiya Azərbaycanı itirmək istəmir, eləcə də Rusiyadan qat-qat güclü və imkanlı olan Qərb Azərbaycanı daha israrlı formada qazanmağa çalışır. Bir Azərbaycandakı hakimiyyətin əlverişli olmaması səbəbilə Qərb özünün qlobal əhəmiyyətli projelərindən imtina etmək niyyətində deyil».

Bunun isə son nəticədə azərbaycanda hakimiyyət dəyişikliyinə gətirb çıxaracağını bildirən mənbəmiz onu da vurğuladı ki, yaxın müddətdə Azərbaycanda məxməri inqilaba tədarüklə bağlı ilkin addımlar atılacaq: «İnqilab süni şəkildə baş verə bilməz. Əslində Azərbaycanda hər zaman, hər dəqiqə inqilabi şərait mövcuddur. Sadəcə olaraq gərəkən anda gərəkən addımın atılmasına ehtiyac var. Və bu dəfə fürsət qaçırılmayacaq».


Geri qayıt