Əsas Səhifə > Hadisə > BAKIDA 15 YAŞLI MƏKTƏBLİ QIZ İNTİHAR ETDİ

BAKIDA 15 YAŞLI MƏKTƏBLİ QIZ İNTİHAR ETDİ


14-03-2012, 10:34
BAKIDA 15 YAŞLI MƏKTƏBLİ QIZ İNTİHAR ETDİ

O, ÖZÜNÜ 5-CI MƏRTƏBƏDƏN ATIB

Bakıda məktəbli qız intihar edib.

Bu barədə APA-ya Nərimanov Rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayonun Ağa Nemətulla küçəsində baş verib. Həmin ünvanda yaşayan, 1997-ci il təvəllüdlü Aydan İbrahimova 5-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. A. İbrahimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Geri qayıt