Əsas Səhifə > Cəmiyyət > OQTAY ƏSƏDOV TÜRK BİRLİYİNDƏN DANIŞDI
OQTAY ƏSƏDOV TÜRK BİRLİYİNDƏN DANIŞDI13-03-2012, 15:17 |
"TÜRK BİRLİYİNİ GÜCLƏNDİRMƏK LAZIMDIR" Türk birliyinin möhkəmləndirilməsi üzrə işlərin fəallaşdırılması vacibdir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin spikeri Oqtay Əsədov Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağla görüşündə bildirib. "Türk birliyi türk dünyasının güclənməsi və inkişafı işində daha fəal olmalıdır", - Əsədov deyib. O qeyd edib ki, Azərbaycan bütün dünyanın onun fikri ilə hesablaşdığı dövlətə çevrilir. Əsədovun sözlərinə görə, türk dövlətləri sülhün və stabilliyin, regionun iqtisadi inkişafının möhkəmlənməsi üçün öz strateji və iqtisadi imkanlarından birgə istifadə etməlidirlər. Öz növbəsində Bozdağ qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri uğurla inkişaf edir. Onun sözlərlinə görə, Azərbaycanın uğurları, o cümlədən BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi Türkiyəni sevindirir. "Azərbaycan BMT Təhlükəsizlik Şurasına daxil oldu. Bu, böyük uğurdur, çünki Azərbaycanın müstəqillik tarixinin cəmi 20 yaşı var. Elə ölkələr var ki, onlar artıq 50 ildir BMT-nin üzvü olsalar da, hələ də BMT TŞ-yə seçilə bilməyiblər", - o deyib. Geri qayıt |