Əsas Səhifə > Şou-biznes > ERMƏNİ AZMIŞ KİMİ, AMERİKALI İFAÇI DA OĞRU ÇIXDI

ERMƏNİ AZMIŞ KİMİ, AMERİKALI İFAÇI DA OĞRU ÇIXDI


13-03-2012, 14:24
ERMƏNİ AZMIŞ KİMİ, AMERİKALI İFAÇI DA OĞRU ÇIXDI

O, İLHAMƏ QASIMOVADAN MAHNI OĞURLAYIB?

Son aylar mahnıları, konsertləri ilə avropalıları heyran qoyan müğənni İlhamə Qasımovanı bir hadisə məyus edib.

Onun sonuncu mahnılarından birini amerikalı ifaçı mənimsəyib və ondan pul qazanır.
İlhamə xanım istifadəçisi olduğu Facebook səhifəsində həyəcan təbili çalıb. O, bildirib ki, söhbət "Bei mir bist du scheen" mahnısından gedir. Əlavə edib ki, mr. Saxobeat adlı bir amerikalı eyni mahnını səsləndirib və bunu satışa buraxıb. İlhamə xanım eyni ifaçının "papaamerikano" ləqəbi ilə də dinlənildiyini diqqətə çatdırıb.

"Mən çox əsəbiyəm. Bu, faktdır ki, biz yox, onlar bizdən oğurlayıblar", - deyə sənətçi bildirib.


Geri qayıt