Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİRİN YAXIN ADAMI FIRILDAQÇI İMİŞ

NAZİRİN YAXIN ADAMI FIRILDAQÇI İMİŞ


13-03-2012, 13:49
NAZİRİN YAXIN ADAMI FIRILDAQÇI İMİŞ

FAZİL MƏMMƏDOVUN ADAMLARI MARKET SAHİBİNİN PULUNU QAYTARMIR

DİA.AZ: - Ötən günlərdə “Royalbank”ın Nəsimi filialının rəhbəri, əslən iranlı olan Cahanbəxş və onun yaxın dostu, bankın 1 saylı filialının rəhbəri Hikmət Rəcəbovun qanunsuz əməllərindən, qanunsuz pul köçürmələrindən bəhs etmişik.

Hikmət Rəcəbov bank müdirliyindən əlavə Nəsimi rayonu ərazisində yerləşən Zabitlər parkının içərisindəki “RETRO” restoranının sahibidir.

Ötən yazılarda onu da qeyd etmişdik ki, “RETRO” restoranının sahibi olan Hikmət Rəcəbov dostu Audit Departamentində çalışan Fuad Daşdəmirov vasitəsilə vergidən yayınır. Hətta çoxları hesab edir ki, Hikmət Rəcəbov restoranı Fuad Daşdəmirovla şərik işlədir.

Bəs Fuad Daşdəmirov kimdir?

Vaxtı ilə sovet dönəmində Vergilər naziri Fazıl Məmmədovun atası Şamaxı rayonunda polis (milis) şöbəsinin rəisi vəzifəsində işləyərkən, əslən şamaxılı olan Fuad Daşdəmirovun atası Fərhad Daşdəmirov rayonda çaxır zavodunun direktoru işləyib. Fərhad Daşdəmirovun sovet illərindən Fazil Məmmədovun ailəsi ilə sıx əlagələri olub. Elə bu səbəbdən də Fuad Daşdəmirov neçə illərdir Fazil Məmmədova görə Vergilər nazirliyində at oynadır. Ona görə bu gün Nəsimi rayonu ərazisində Zabitlər bağının içində yerləşən “RETRO” restoranına “krışa”lıq edən Fuad Daşdəmirovun sayəsində restoran hər il külli miqdarda vergidən yayınır. Ancaq gonşuluqda olan obyektlər hər ay və demək olar ki, hər il yoxlamalara məruz qalırlar. Son 8-9 il ərzində “RETRO” restoranına vergi işçilərindən ancaq Fuad Daşdəmirov və onun dostu Fərhad Əliyev gəlib-gedirlər.

Fuad Daşdəmirovla Fərhad Əliyev Vergilər Nazirliyinin Bakı şəhər Departamentinin bərk gedən vaxtlarında bir yerdə işləyib çox sahibkarların külli miqdarda pullarını alıblar. Məsələn, Nəsimi rayonunda yerləşən marketin sahibindən bu cütlük 50 000 ABŞ dolları rüşvət alaraq söz veriblər ki, onun da “RETRO” restoranı kimi, vergi ilə problemi olmayacaq. Ancaq pulu alsalar da verdikləri vədi yerinə yetirməyiblər. Və bu günədək həmin marketin sahibi Fuad Daşdəmirovdan 50 min dollarını tələb edir.

Mənbənin dediyinə görə, “RETRO” restoranında aylıq qazanc belə bölünür: Fuad Daşdəmirov 30%, Fərhad Əliyev 30% və 40 faiz restoranın sahibinə çatır. Məlumatda o da geyd edilir ki, son 4 ay ərzində “RETRO” restoranı 9 dəfə cərimə olunsa da, həmən cərimələr Fuad və Fərhad cütlüyü tərəfindən silinib və demək olar ki, yoxa çıxıb. Qonşu obyektlərin sahibləri restoranı icarəyə götürən Emildən soruşanda ki, Fuad - Fərhad cütlüyü kimdir, Emil cavab verir, bu cütlük nazir Fazil Məmmədovun ən yaxın adamlarıdır.

Mənbə onu da bildirdi ki, son günlərdə şəriklərin adları mətbuatda çıxdığına görə aralarında böyük mubaisə düşüb. Fərhad Fuada deyir ki, mən “RETRO” restoranını tanımırdım, sən məni gətirib zibilə saldın. Görəsən, nazir Fazil Məmmədovun bu gütlüyün əməllərindən xəbəri varmı?


Geri qayıt