Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TƏRCÜMƏ İŞİ DAHA DA ASANLAŞDI

TƏRCÜMƏ İŞİ DAHA DA ASANLAŞDI


13-03-2012, 12:09
TƏRCÜMƏ İŞİ DAHA DA ASANLAŞDI

DİLMANC ONLAYN LÜĞƏTİ İSTİFADƏYƏ VERİLDİ

DİA.AZ: - Dilmanc layihəsinin saytında yeni Onlayn Lüğətin ilk versiyası yerləşdirilib. Bu lüğətin digər elektron lüğətlərdən fərqi odur ki, lüğətdə yalnız söz köklərinə görə deyil, həmçinin istənilən söz-forma üzrə axtarış aparmaq mümkündür. Misal üçün, lüğətə при�?ел sözü daxil etdikdə həmin sözün kökü olan придти sözü avtomatik tapılaraq istifadəçiyə tərcüməsi göstərilir. Bu imkan xüsusilə xarici dili bilməyən istifadəçilər üçün əhəmiyyətlidir, çünki həmin istifadəçilər üçün sözün kökünü tapıb lüğətə daxil etmək çətinlik yaradır.

DİA.AZ-a verilən məlumatda deyilir ki, lüğətin ikinci əhəmiyyətli xüsusiyyəti axtarılan sözə uyğun nümunə cümlələrin və onların tərcümələrinin göstərilməsidir. Qeyd edək ki, bu cümlələr internetdən avtomatik üsulla yığılmışdır və səhvlərə rast gəlinə bilər.

Lüğətə həmçinin daxil edilmiş sözün sinonim, antonim, zamanlar üzrə dəyişməsi və s. informasiya daxil edilmişdir.

Lüğəti aşağıdakı ünvanda istifadə etmək olar:
http://dict.dilmanc.az

Qeyd edək ki, bu lüğət Dilmanc layihəsi tərəfindən ilin əvvəlindən başlayaraq təqdim edilmiş artıq ikinci yenilikdir. Yanvar ayında layihənin saytında azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi sistemi (daxil edilmiş mətni insan səsi ilə oxuyan proqram) yerləşdirilmişdir:
http://www.dilmanc.az/az/project/tts

Geri qayıt