Əsas Səhifə > Siyasət, Manşet > NİZAMİ XUDİYEVƏ YENİ VƏZİFƏ

NİZAMİ XUDİYEVƏ YENİ VƏZİFƏ


12-03-2012, 15:27
NİZAMİ XUDİYEVƏ YENİ VƏZİFƏ

KEÇMİŞ AZTV ŞEFİ TƏHSİL NAZİRİNİN MÜAVİNİ POSTUNA GƏTİRİLİR

DİA.AZ: - Bir zamanlar Azərbaycan Dövlət Teredaio Şirkətinə rəhbərlik etmiş, keçmiş millət vəkili Nizami Xudiyevə yenidən etimad göstərilə bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan məlumat verilib.

Mənbəmiz bildirir ki, çoxdandır keçmiş AzTV şefi ali məktəblərdən birinə rəhbər gələ bilməsi üçün çaba göstərsə də, onu himayə edənlər sabiq deputata daha samballı vəzifəni ərməğan etməyə hazırlaşırlar. Məlumatlara görə, artıq Nizyami Xudiyevin təhsil nazirinin müavini postuna gətirilməsi üçün ilkin danışıqlar və «yuxarıların» rəyinin alınması işi uğurla başa çatıb.

Qeyd edək ki, keçən ilin sentyabr ayında Misir Mərdanovun üç müavini bir günün içində görəvindən alındı və bütün bu proseslər onunla əsaslandırıldı ki, hakimiyyət daha çox korrupsiyalaşmış ünvanlardan olan təhsil sistemində islahatlar həyata keçirmək niyyətindədir. Lakin sonradan baş verən dəyişikliklərin tamam fərqli mahiyyət daşıdığı məlum oldu. Belə ki, «vurulan» hər üç nazir müavini əslində Misir Mərdanova rəqib cinahda yer alırdılar və aydın oldu ki, əslində Misir Mərdanov antikorrupsiya bumunun yaratdığı «dalğadan» yaxasını salamat qurtarmaqla yanaşı, həm də fürsətdən istifadə edərək özünə rəqib hesab etdiyi müavinlərini də çıxdaş etməyə müvəffəq olub.

Son məlumatlarda isə deyilir ki, Misir Mərdanov da Nizami Xudiyevin TN-yə müavin gətirilməsinə qarşı deyil: «Məlumdur ki, onların hər ikisi sabiq YAP-çılardan hesab olunurlar və həm də nazirlə keçmiş deputatı eyni bölgə mənsubluğu da birləşdirir».


Geri qayıt