Əsas Səhifə > Şou-biznes > İNDİ HANSI MÜĞƏNNİ "SƏNDƏN NİGARANAM" DEYƏCƏK?

İNDİ HANSI MÜĞƏNNİ "SƏNDƏN NİGARANAM" DEYƏCƏK?


12-03-2012, 15:17
İNDİ HANSI MÜĞƏNNİ "SƏNDƏN NİGARANAM" DEYƏCƏK?

BRİLLİANT KÖHNƏ MAHNIYA QAYIDIR

Xalq artisti Brilliant Dadaşova bir neçə yerli və əcnəbi sənətçinin ifasında eşidilən "Səndən nigaranam" mahnısına yeni nəfəs verib.

Mahnının müəllifi, əməkdar incəsənət xadimi Baba Vəziroğlu Milli.Az-a bildirib ki, mahnını lentə yazdırmadan öncə Brilliant xanım onunla telefon bağlantısı yaradıb:

"Brilliant xanımla dostluğumuz uzun illərə söykənir. Amma o, mahnını oxumadan öncə əlaqə yaradıb fikrini bildirdi. Təklifi məmnuniyyətlə qəbul edib, məşhur mahnını onun ifasında da bəyəniləcəyinə inandığımı söylədim", - deyən söz yazarı bildirdi ki, hazır mahnı dinlənilməsi üçün radio dalğalarına təqdim edilir.

B.Vəziroğlunun məlumatına görə, orta ritmdə olan "Səndən nigaranam" bu dəfə bir qədər lirika şəklini alıb və digər aranjmanlardan fərqlənib. Xatırladaq ki, Brilliant xanıma qədər məşhur nəğməni Aygün Kazımova, Aygün Bəylər, Nəsibə Abdullayeva, Ayan və başqaları səsləndiriblər.


Geri qayıt