Əsas Səhifə > Partiya, Manşet > DAHA BİR MÜXALİF PARTİYA PARÇALANIR

DAHA BİR MÜXALİF PARTİYA PARÇALANIR


12-03-2012, 14:48
DAHA BİR MÜXALİF PARTİYA PARÇALANIR

MİRMAHMUD MİRƏLİOĞLU ELÇİBƏY YOLUNA XƏYANƏTDƏ SUÇLANACAQ

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, keçmiş prezident Əbülfəz Elçibəyə sədaqət yolunu tutmuş Klassik Xalq Cəbhəsi Partiyasında parçalanma gözlənilir. Məlumatı verən mənbə bildirir ki, artıq bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu da məlumatlandırılıb.

DİA.AZ-a ötürülən xəbərdə deyilir ki, hazırda partiyada yüksək postlardan birini tutan partiya funksionerlərindən biri KXCP sədrinə açıq məktub yazıb. Hələlik mətbuata açıqlanmayan həmin məktubun mətnində Mirmahmud Mirəlioğluya qarşı sərt ittihamlar yer alıb və bildirilir ki, KXCP özünün yanlış siyasəti ilə Əbülfəz Elçibəy yoluna xəyanət etməkdədir.

Mənbəmiz bildirir ki, daha sonra KXCP-nin hakimiyyətin müəyyən dairələri ilə əlaqələrindən danışılan məktubda partiya sədrinə xəbərdarlıq da edilir: «Məktubda deyilir ki, əgər Mirmahmud Mirəlioğlu bu siyasətini durdurmazsa, Əbülfəz Elçibəyə sədaqətini qoruyan KXCP üzvləri Mirmahmud Mirəlioğludan ayrılma qərarını verəcəklər».

Onu da bildirək ki, bu xəbərimiz partiyadakı digər qaynaqlar tərəfindən də təsdiqlənib. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Geri qayıt