Əsas Səhifə > Dünya > İSPANİYADA ETİRAZ AKSİYALARI

İSPANİYADA ETİRAZ AKSİYALARI


12-03-2012, 12:39
İSPANİYADA ETİRAZ AKSİYALARI

AKSİYALARDA MİNLƏRLƏ ETİRAZÇI İŞTİRAK EDİB

İspaniyada ölkənin maliyyə böhranı ilə əlaqədər kütləvi etiraz aksiyaları keçirilib. Paytaxt Madridlə yanaşı, ölkənin 60 şəhərində baş tutan aksiyada minlərlə etirazçı iştirak edib.

Madriddə keçirilən aksiyada ölkə rəhbərlərinin yürütdüyü maliyyə siyasətinə qarşı şüarlar səsləndirilib. Aksiyada iştrakçılar hökumətin ciddi tədbirlər planına qarşı etiraz ediblər. Etirazların əsas səbəbi isə ötən cümə axşamı parlamentin yeni əmək islahatlarını nəzərdə tutan qanun layihəsini qəbul etməsi olub.


Geri qayıt