Əsas Səhifə > Ölkə > HAY İYRƏNCLİYİ DAVAM EDİR

HAY İYRƏNCLİYİ DAVAM EDİR


12-03-2012, 12:13
HAY İYRƏNCLİYİ DAVAM EDİR

ERMƏNİLƏRDƏN "EUROVİSİON”A QARŞI RAMIL SƏFƏROV TƏXRİBATI

May ayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina edən Ermənistan bununla kifayətlənmək niyyətində deyil. Düşmən dövlət nüfuzlu müsabiqənin Azərbaycanda keçirilməsinin əhəmiyyətini azaltmaq üçün müxtəlif vasitələrə əl atır.

Hazırda ermənilər Macarıstanda ömürlük həbsdə olan Azərbaycan zabiti Ramil Səfərovun fotoşəklini montaj edərək “Eurovision”un Bakıda keçirilməsinə qarşı internetdə kampaniya aparırlar.

Fotomontajda həbsdə olan zabitimiz Azərbaycan dövlət gerbinin fonunda əlində balta, əynində üzərinə “Eurovision-2012 Baku” yazılılmış qanlı köynəkdə təsvir olunub. Şəklin altında isə “Just do not sleep” (Sadəcə yatmayın) sözləri yazılıb.

Sözügedən şəkli Modern.az-a təqdim edən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın sözlərinə görə, ermənilər müxtəlif saytlarda və sosial şəbəkələrdə azərbaycanlıları qatil, mədəni səviyyəcə aşağı xalq kimi təqdim edərək başqa ölkələri də Bakıda keçiriləcək “Eurovision”u boykot etməyə çağırırlar.

“Ermənistanın bu cür çirkin kampaniyasının dayandırılması tələbi ilə “Eurovision”u orqanizə edən Avropa Yayımları Birlyi qarşısında məsələ qaldırmalıdır” deyən A.Camal hesab edir ki, bunun üçün əlimizdə əsas da var:
“Konkret, bu fotomontajda “Eurovision” markasından istifadə olunub. Mənfi yüklü bir məhsulda bu markanın istifadə olunması “Eurovision”un da nüfuzuna xələl gətirən haldır. Ona görə də, mədəni tədbirə qarşı ermənilərin apardığı bu kampaniya müxtəlif səviyyələrdə pislənilməlidir”.

Xatırladaq ki, bu ermənilərin R.Səfərovla bağlı ilk “işi” deyil. Bir müddət əvvəl İrəvandakı hərbi məktəbdə müdavimlərin atəş təlimi zamanı R.Səfərovun şəklindən mişen kimi istifadə olunması faktı da ortaya çıxmışdı.


Geri qayıt