Əsas Səhifə > Cəmiyyət > “ONDA GƏLİN BİGANƏ QALAQ”
“ONDA GƏLİN BİGANƏ QALAQ”6-10-2011, 14:44 |
SABİR RÜSTƏMXANLI QƏTİ QƏTAT VERİB “Biz nə edək ki, İran səfirliyi Bakı Şəhər İcra Hakimiyyətinin 200 metrliyində yerləşir. Onda gəlin bu dövlətin bizim cənublu soydaşlarımıza etdikləri qanunsuz əməllərə biganə qalaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. S. Rüstəmxanlı bildirib ki, şəhər meriyasından onların aksiya keçirmək üçün edilən müraciətinə verilən cavabda belə yazılıb: “Bakı Şəhər İcra Hakimiyyətinin 200 metrliyində aksiya keçirmək olmaz. Nazirlər Kabinetinin müvafiq qərarını əsas gətirməklə aksiyanın keçirilməsi məqsədəuyğun hesab edilməyib. İcazə verildi-verilmədi, biz aksiyamızı keçirdib etirazımızı bildirəcəyik. Çünki söhbət İranda yaşayan 35 milyon azərbaycanlının həyatından gedir. Bütöv bir xalqı əzmək, assimilyasiya eləmək, onun flora və faunasını məhv eləmək olmaz. Biz bu kimi problemlərə etirazımızı bildiririk. İran mətbuatında Azərbaycan dövləti, onun rəsmi şəxsləri, vətəndaşları təhqir olunur, bizim mədəniyyətimizi öz adlarına çıxırlar. Bunlara etiraz olaraq biz təkcə Azərbaycanda deyil, bütün dünyada öz sözümüzü deyirik və deyəcəyik”. S. Rüstəmxanlı deyib ki, İran Azərbaycanı İsrail dövləti ilə əməkdaşlıqda günahlandırır: “Amma özləri Azərbaycan torpaqlarını işğal edən, insanlarımızı qətlə yetirən Ermənistan ilə dostluq edir, onlara maddi köməklik göstərərək bu dövlətin mövcudluğuna şərait yaradırlar”. Geri qayıt |