Əsas Səhifə > Ölkə > HACIBALA ABUTALIBOV ZƏMANƏT VERİR

HACIBALA ABUTALIBOV ZƏMANƏT VERİR


12-03-2012, 12:06
HACIBALA ABUTALIBOV ZƏMANƏT VERİR

«ƏHALİ VƏ BİNALAR ÜÇÜN HEÇ BİR TƏHLÜKƏ YOXDUR»

Hazırda Bakı şəhərinin Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş vermiş zonada əhali və binalar üçün heç bir təhlükə yoxdur.

«APA-ECONOMICS»in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

Onun sözlərinə görə, Əhmədli qəsəbəsində 61 və 63 saylı binaların yerləşdiyi zonada sürüşmənin baş verməsinə qar yağması, kanalizasiya və su xətlərində baş verən sızma səbəb olub: «Araşdırmalar zamanı həmin binalarda yaşayan əhalidən 1 həftəliyə köçmələri xahiş olunmuşdur və bu müddət ərzində 22 metrdən 28 metrədək quyular qazılıb. Hazırda sular çəkilir və demək olar ki, sızıntılar yoxdur. Əhalinin 1 həftəliyə köçürülməsinə baxmayaraq, 3 gündən sonra onlara evlərinə qayıtmalarına icazə verilib. Onlar bütün kommunal xidmətlərlə təmin olunub. Bu gün həmin zonada əhali və binalar üçün heç bir problem və təhlükə yoxdur».


Geri qayıt