Əsas Səhifə > Cəmiyyət > GÜRCÜSTAN TƏSDİQLƏYİR, BAKI İSƏ…

GÜRCÜSTAN TƏSDİQLƏYİR, BAKI İSƏ…


11-03-2012, 15:53
GÜRCÜSTAN TƏSDİQLƏYİR, BAKI İSƏ…

FUTBOL MƏSƏLƏSİNDƏ DƏ SÖZÜMÜZ BİR DEYİL

Cümə günü Gürcüstanın Gənclər və İdman Nazirliyi Azərbaycan və Gürcüstanın 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını birgə qəbul etmək arzusunu təsdiq edib, deyə BBCməlumatverir.

Qurumun bəyanatında deyilir ki, bu məsələ 6 martda Bakıda prezidentlərin rəsmi görüşü zamanı razılaşdırılıb.

"Hazırda Gürcüstan və Azərbaycanın futbol federasiyaları arasında 21 martda UEFA-nın konqresində hər iki ölkənin hazır olduğunu təsdiqləmək üçün danışıqlar aparılır", - deyə nazirliyin bəyanatında bildirilir. Beləliklə, nazirlik bir sıra internet nəşrlərin guya Azərbaycanın Gürcüstanla birgə çempionatı qəbul etmək istəməməsi, bunun yalnız Gürcüstan prezidentinin arzusu olması barədə yaydığı məlumatı təkzib edib.

Bundan əvvəl 2020-ci ilin olimpiya oyunlarında iştirak üzrə təşkilat komitəsinin rəhbəri Könül Nurullayeva bu variantı təkzib edib. "Avropa çempionatını Gürcüstanla Azərbaycanın birgə qəbul etməsi Gürcüstan prezidenti Mixail Saakaşvilinin arzusudur. O, öz arzusunu ifadə edib, hələlik bu məsələ dövlət səviyyəsində təsdiqlənməyib. Bundan başqa, Azərbaycan hələ heç bir qərar qəbul etməyib. Biz Avro-2010-i Gürcüstanla birgə qəbul etmək barədə düşnmürük. Olimpiya oyunları bizim üçün daha vacibdir", - deyə Nurullayevaya istinadən azerisport.com məlumat verib.

Məlumdur ki, martın 7-də Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıda Milli Məclisdə çıxışı zamanı Azərbaycanla Gürcüstanın 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını birgə qəbul etmək üçün ərizə verəcəyini bəyan edib.


Geri qayıt