Əsas Səhifə > Sosial, Manşet > SAAKAŞVİLİYƏ GÖRƏ BAKIYA QINAQ

SAAKAŞVİLİYƏ GÖRƏ BAKIYA QINAQ


11-03-2012, 15:15
SAAKAŞVİLİYƏ GÖRƏ BAKIYA QINAQ

KREML GÜRCÜ PREZİDENTİN ÇIXIŞINDAN CİDDİ ŞƏKİLDƏ ƏSƏBİLƏŞİB

DİA.AZ: - Bakıda olduğu zaman, Azərbaycanın Milli Məclisində etdiyi çıxışı ilə böyük rezonans yaratmış gürcü dövlət başçısı Mixeil Saakaşvili YAP iqtidarını bərk əsəbiləşdirib.

Əslində gürcü prezidentin çıxışının Bakı tərəfindən həzm edilməməsini elə həmin gündəcə gördük. Sanki kimdənsə bir siqnal alıbmış kimi hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, «YAP-çılardan da artıq YAP-çılıq edən» Fəzail Ağamalı Saakaşviliyə ayrıca mətbuat konfransı həsr etməklə yanaşı, onun çıxışını avantüra adlandırdı.

Halbuki Fəzail Ağamalını və eləcə də hakimiyyəti narahat edən məqamın məhz gürcü dövlə başçısının Məhəmməd Əmin Rəsulzadənin sitatına YAP-çı deputat korpusunu əl çalmağa vadar etməsi faktı idi. Hər halda, həmin gün Saakaşvili YAP iqtidardan Azərbaycana daha yaxın göründü.

Digər tərəfdən Fəzail Ağamalı iddia etdi ki, Saakaşviliyə Azərbaycanın Milli Məclis tribunasından Rusiyanın əleyhinə istifadə etməsi səbəbindən əsəbiləşib. Nə baş verir? Görəsən, Fəzail Ağamalı cənabları Azərbaycana Gürcüstandan heç də az müsibətlər yaşatmayan Rusiyanı nədən bu qədər müdafiə edir? Məgər 20 Yanvar, Xocalı kimi faciələrin arxasında kimin dayanmasını unutmuşuqmu?

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Saakaşvilinin Bakıdakı çıxışından tək narahat olanı YAP iqtidarı olmayıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan verilən xəbərdə bildirilir ki, Azərbaycan hakimiyyətinə Rusiyadan da qınaq gəlib:

«Birbaşa olaraq Saakaşvilinin Rusiya əleyhinə səsləndirdiyi fikirlərdən Kremlin narahatçılıq keçirməsi rəsmi Bakının diqqətinə çatdırılıb və bildirilib ki, bu cür avantürist çıxışlar iki ölkənin münasibətlərini kölgə altında qoya blər».

Bu reaksiyanın hələlik rəsmi olmadığını bildirən mənbəmiz onu da vurğuladı ki, amma Rusiyadakı səfirimizə Saakaşvilinın çıxışı ilə bağlı nota təqdim olunarsa, bundan heyrətlənməməliyik. Çünki gürcü prezident Bakıda quşu gözündən vurdu…

Geri qayıt