Əsas Səhifə > Cəmiyyət > DEPUTAT VƏD VERDİ
DEPUTAT VƏD VERDİ6-10-2011, 14:35 |
ORDUNUN PROBLEMLƏRİ XÜSUSİ DİQQƏT MƏRKƏZİNDƏ Oktyabrın 6-da “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Hərbçilərin sosial rifahının gücləndirilməsi istiqamətində qanunvericilk təkliflərinin hazırlanması” layihəsi çərçivəsində Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahının gücləndirilməsi məqsədilə hazırlanmış qanunvericilk təkliflərinin təqdim olunması məqsədilə Milli Məclisin inzibati binasında parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucla görüş keçirilib. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli və layihənin ekspertləri - Ehtiyatda və İstefada olan Zabitlıər İB-in sədri Yaşar Cəfərli, Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Mərkəzinin direktoru Tərlan Eyvazov, Silahlı Qüvvələr Veteranları İctimai Birliyinin sədri Daşdəmir Əliyev layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat veriblər. Layihənin rəhbəri C.Sümərinli bildirib ki, məqsəd Silahlı Qüvvələrdə xidmət edənlərin, çalışanların sosial rifahının gücləndirilməsi işinə ictimai töhfə verməkdir. “Bu gün orduda sosial təminat çox aşağı səviyyədədər, baxmayaraq ki, müdafiə xərcləri 3.3 milyard dollara çatlb. Təklif edirik ki, hərbçilərin məvaciblərinin, onlara verilən kompensasiyaların həcminin artırılması üzrə fərqli strategiya hazırlansın. Biz hesab edirik ki, hərbi qulluqçuların məvacibləri ən azı 2-3 dəfə artırılmalı və hərbi qulluqçulara məvacib verilməsi prosesində 3 qatlı sistemə istinad olunmalıdır”. Layihənin eksperti Yaşar Cəfərlinin fikrincə, bu gün Silahlı Qüvvələrdə sosial rifahla bağlı problemlər çoxsaylıdır. Y.Cəfərli hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsinin zəruri olduğunu qeyd edib. Layihənin məsləhətçisi Tərlan Eyvazov bildirib ki, Silahlı Qüvvələrdə mülkiləşmə prosesinin aparılması vacibdir: “Yalnız bu zaman müdafiə xərclərinin sosial tərəfini gücləndirmək mümkündür” T.Eyvazov qeyd edib ki, layihədə əksini tapan məsələlərdən biri şəhid ailələri, Milli Qəhrəmanlar və onların ailələri ilə bağlıdır. “Fikrimcə, Milli Qəhrəmanların statusu haqqında qanun qəbul edilməlidir”, - deyə o bildirib. Millət vəkili Zahid Oruc “Doktrina” JHAM-ın gerçəkləşdirdiyi layihə nəticəsində hazırlanmış təkliflərin çox səmərəli olduğunu bildirib: “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hazırladığı təkliflər çox səmərəlidir. Millət vəkillərinin bu tip təklifləri əldə etmək, onları müzakirəyə çıxarmaq və qanunvericilkdə dəyişikliklərə nail olmaq maraqları var”. Z.Oruc bildirib ki, orduda sosial rifaha dair hazırlanmış təklifləri diqqətə alacaq və onu lazımi instansiyalara göndərəcək. “Bunu həm güc strukturlarına, xüsusilə də Müdafiə Nazirliyinə, eləcə də deputat həmkarlarıma göndərəcəyəm. Hesab edirəm ki, təkliflərinizin səmərəsi olacaq və onların reallıqda əksini tapacağına ümidliyəm”, - deyə o bildirib. Z.Orucun sözlərinə görə, Azərbaycanda hərbi sahə iilə bağlı problemlərin həlli istiqamətində deputatlarla QHT-lər arasında əməkdaşlığın formatının tapılması zəruridir. “Özüm bu məsələyə dəstək vermək marağındayam. Çünki orduda baş verən proseslər bütün cəmiyyətin diqqətindədir. Hər bir kəs ordumuzun güclü olmasını istəyir və bu istiqamətdə irəli sürülən bütün ideyaları, problemlərdən çıxış yollarını təqdirəlayiq hesab edirəm. Vətəndaş cəmiyyətinin bu istiqamətdə işi təqdirəlayiqdir”, - deyə o bildirib. “Doktrina” JHAM ekspertləri tərəfindən hazırlanmış Orduda Sosial Rifah Təklifləri parlamentin bir çox deputarına göndərilib. Geri qayıt |