Əsas Səhifə > Partiya > “SAAKAŞVİLİ PUTİNİ HƏDƏFƏ GÖTÜRMÜŞDÜ”

“SAAKAŞVİLİ PUTİNİ HƏDƏFƏ GÖTÜRMÜŞDÜ”


11-03-2012, 14:34
“SAAKAŞVİLİ PUTİNİ HƏDƏFƏ GÖTÜRMÜŞDÜ”

GÜRCÜ PREZİDENT HƏLƏ DƏ MÜZAKİRƏ OLUNUR

“Gürcüstan prezidenti Mixail Saakaşvilinin Məmməd Əmin Rəsulzadədən sitat gətirməsinin müzakirəyə yol açması, təəccüb doğurması təbiidir. Çünki bizim hakimiyyət bu məsələdə qısqanclıq nümayiş etdirdiyindən cəmiyyətimiz Saakaşvilinin timasalında yeni söz eşitmiş kimi oldu”. Bu fikirləri TİA.AZ-a AİDP sədri Tahir Abbaslı deyib.

Onun fikrincə bütövlükdə Saakaşvilinin Rəsulzadədən sitat gətirməsi təəccübləndirici deyil: “Saakaşvili demokratik bir ölkə qurur. Ölkədə rüşvətin kökünü kəsib. Ölkəsində demokratik dəyərlərin formalaşmasına çalışır və qismən buna nail olub. Bu mənada onun gerçək bir demokrat olan Rəsulzadədən sitat gətirməsində təəccüblü heç nə yoxdu. O ki qaldı onun məhz “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarını səsləndirməsinə, məncə bu daha çox onun Rusiyanı hədəfə götürən fikirlərinə qüvvət verməyə hesablanmışdı. Məlumdur ki, Saakaşvili çıxışında Rusiyanı tənqid etdi. Rusiyanın planlarından söz açdı. Putinin palanlarından biri, bəlkə də birincisi isə keşmiş SSRİ-yə bənzər birliyin yaradılmasıdır. Zənnimcə, Saakaşvili Gürcüstanda, başqa ölkələrdə olduğu kimi, burada da Putinin əleyhinə danışdı və məhz qeyd etdiyim planı nəzərdə tutaraq bu şüarı səsləndirdi”.


Geri qayıt