Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TÜRKİYƏDƏN QONAQ VAR

TÜRKİYƏDƏN QONAQ VAR


11-03-2012, 14:04
TÜRKİYƏDƏN QONAQ VAR

OSMAN YILDIRIM FƏXRİ XİYABANDA OLUB

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Hava Qurumunun rəhbəri Osman Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti martın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Bu barədə AzərTAc dövlət agentliyi xəbər yayıb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üstünə tər çiçəklər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyub.


Geri qayıt