Əsas Səhifə > Güney Press, Araşdırma > DAİRƏ SEÇKİ KOMİSSİYASINA “HÜCUM”

DAİRƏ SEÇKİ KOMİSSİYASINA “HÜCUM”


11-03-2012, 13:25
DAİRƏ SEÇKİ KOMİSSİYASINA “HÜCUM”

SƏRXOŞ SÜRÜCÜ MAIŞINI DSK-NIN HASARINA ÇIRPDI

Şirvanda ağır yol qəzası baş verib.

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, Ağayev Aqşin Aydın oğlu martın 10-da saat 22:45 radələrində yüksək sürətlə idarə etdiyi 90 KX 171 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobili Z. Hacıyev küçəsində yerləşən 46 saylı Şirvan Dairə Seçki Komissiyasının inzibati binasının dəmir hasarına çırpıb.

Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Avtomobildə olan dörd nəfərdən ikisi ağır yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan 1986-cı il təvəllüdlü Hacıyev Elnur İslam oğlu reanimasiya, digəri - 1986-cı il təvəllüdlü Aqşin Ağayev isə travmatologiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı avtomobili idarə edən Aqşin Ağayevin sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Geri qayıt